İnsanlar iki yerə bölünür :

  • gilənarı tumu ilə yeyənlər və yeməyənlər;
  •  şəkil çəkdirməyi sevənlər və şəkillərdə pis düşənlər;
  •  notebookda mousla işləyənlər və notebooku olmayanlar;
  •  riyaziyyata vurğunlar və tarix seçənlər;
  • çatlaşanlar və iş görənlər;
  • çatlaşa-çatlaşa iş görənlər və iş görə-görə çatlaşanlar;
  •  isti çay içənlər və üşüməyənlər;
  •  həyəcan istəyənlər və həyəcanlı olanlar;
  •  yerə tüpürənlər və yerə tüpürənləri söyənlər;
  •  metroda reklamları oxuyanlar və reklamdakı kurslara gedənlər;

Qadınlar iki yerə bölünür :

  • dükanlardan çıxmayanlar və ərlərini sevənlər;
  • sarışınlar və özlərinə itlərindən çox qiymət verənlər;
  • ex-ini unuda bilməyənlər və next-lə görüşə tələsənlər;
  • şirniyyat sevənlər və kökəlməyənlər;
  • maşın sürənlər və sürdürənlər;
  •  ağlayanlar və ağladanlar;
  • ərə getmək istəyənlər və facebookda accountu olanlar;
  • ərə getmək üçün facebookda oturanlar və ərə getməmək üçün facebookda oturanlar(səmimiyyətimə inanın, təəccüblü də olsa belələri var.);
  • profilinə hazır şəkil – pişik, ağlayan qız, gül, xoşbəxt cütlük, ürək və məşhurların şəkli – qoyanlar və öz gözəlliyinə əmin olanlar;
  •  emolar və qara dırnaq boyasına nifrət edənlər;
  •  qazandığından çox xərcləyənlər və varlılar ( bunlar da öz növbəsində iki yerə bölünür: imkanlı ataları olanlar və imkanlı sevgililəri olanlar. İmkanlı ər demədim, çünki elə şey olmur.) ;

Kişilər iki yerə bölünür:

  •  qısqanclar və azərbaycansayağı qısqanclar;
  •  maşına sahib olanlar və maşına sahib olanları söyənlər;
  •  gözəl məşuqəsi olanlar və “gözəl qadının ağılsız olduğunu” söyləyib özlərinə təsəlli verənlər;
  •  evlilik üçün “analar axtarış sistemi”nə saf qız sifariş verənlər və Seymur Baycan tərəfdarları;
  • “Xaç atası”ndan sitat gətirənlər və “Kurtlar vadisi”nə baxanlar;
  • Qabriel Qarsia Markesi dahi adlandıranlar və Ceyn Ostin yaradıcılığına hörmət edənlər;
  • şanapipiklər və saç düzümündə tağ iştirak edənlər;
  • sırğalılar və qulağında deşik açdırmaqdan qorxanlar;
  • “Twilight”ı bəyənənlər və ona baxdığını gizlədənlər;
  • evlilər və xoşbəxtlər;
  • subaylar və anası xoşbəxtlər;
  • texniki yumora malik olanlar və ağzından şorba tökülənlər;
  • meyxanaya qulaq asanlar və meyxana deyənlər;
  • qayınanasını sevənlər və qayınanasını sevənlər.