Uşaqlıq…

  •      şorba yeməyə üsyanlardır;
  •      keçiləri əzizləməkdir;
  •      tarix fənninə nifrət etməkdir;
  •      riyaziyyatı sevməkdir;
  •      ananın qayğıları ilə yaşamaqdır;
  •      kompyuterdən oyun oynamaq üçün istifadə etməkdir;
  •      gündəlik yazmağa başlamaqdır;
  •      ağ atlı şahzadəni xəyal etməkdir.

Yetkinlik…

  •      şorbanın faydasını yalnız nəzəri cəhətdən bilməkdir;
  •      keçilərin yalnız heyvan olmadığını dərk etməkdir;
  •      History Channel-ə baxmaqdır;
  •      riyaziyyatdan istifadə etmədir;
  •      ananın qayğılarından bezməkdir;
  •      kompyuterdən sosial şəbəkələrdə vaxt keçirmək üçün istifadə etməkdir;
  •      yazdığın gündəlikləri cırıb yandırmaqdır;
  •      nəinki şahzadələrin, ağ atların da varlığına şübhə ilə yanaşmaqdır.

Uşaqlıq…

  •     valideynlərinizin saatlarla Muğama qulaq asmasını başa düşməməkdir;
  •     “böyüyəndə … olacam” cümlələridir;
  •     xoxana, şaxta babaya, leyləyə inanmamaq və qaranlıqdan qorxmaqdır;
  •     “Ananı daha çox istəyirsən atanı?”, “Böyüyəndə kim olacaqsan?”, “Neçə bal topladın?” suallarıdır.

Yetkinlik…

  •     övladlarına niyə saatlarla muğama qulaq asdığını başa sala bilməməkdir;
  •     “balaca olanda … olmaq istəyirdim” cümlələridir;
  •     xoxana, şaxta babaya, leyləyə inandırmağa çalışmaq və hələ də qaranlıqdan qorxmaqdır;
  •     “Maaşın nə qədərdir?”, “Üfüqdə kimsə var?”, “Nə vaxt evlənirsən?”, “Toy hansı restorandadır?”, “Bişey, mişey var?” suallarıdır.

Uşaqlıq…

  • Çelentanonun filmləridir.
  • “Minti”, ”Turbo”, ”Love is…” saqqızlarıdır;
  • “Santa-Barbara” serialı başlayanda yatmağa göndərilməkdir;
  • “Walt Disney”ə baxmaq üçün həftəsonlarını gözləməkdir;
    yalandan özünü yuxuluğa vurub gizlincə valideynlərinin söhbətinə qulaq asmaqdır;
  • tualetə getmək üçün dəhlizdəki bütün işıqları yandırmaqdır;
  • gizlincə ananın pomadalarından çəkməkdir;
  • atanın qəhrəman olduğunu düşünməkdir.

Yetkinlik…

  • Çelentanonun filmləri üçün darıxmaqdır;
  • “Dirol”, ”Orbit” saqqızlarıdır;
  • seriallar bitdikdən sonra belə yata bilməməkdir;
  • “Walt Disney”i hələ də yaxşı cizgi filmləri çəkdiyinə görə tərifləməkdir;
  • valideynlərinin söhbətinin maraqsızlaşmağıdır;
  • evdəki bütün işıqlar sönənə kimi tualetdə oturmaqdır;
  • ananın gizlincə sənin pomadalarından vurmasıdır;
  • qəhrəmanların olmadığını düşünməkdir.