İdeal kişi necə olmalıdır?

  • futbola baxmalı;
  • siyasətlə maraqlanmalı;
  • qəzet oxumalı;
  • minimum məktəb proqramını bilməli;
  • texniki avadanlıqlarla davranmağı bacarmalı;
  • sənədli və tarixi filmləri izləməli;
  • evdə usta və çilingər işlərini özü görməli;
  • həyat yoldaşının (əgər varsa) qayğısına qalmalı;
  • uşaqları (əgər varsa) ilə çox vaxt keçirməli və çox şey öyrətməli;
  • mədəni, cəmiyyət içində özünü aparmağı bacarmalı;
  • gigiyenasına diqqət yetirməli;
  • bədii ədəbiyyatı xoşlamalı;
  • özündən əmin olmalıdır.

Real kişi necə olur?

  • futbol oyunlarına pul qoyur;
  • yalnız Berluskonini tanıyır (məlum səbəblərə görə);
  • metroda qələmlə birlikdə satılan qəzetlərin krossvordlarını həll edir;
  • məktəb proqramından maksimum direktor və bir-neçə müəlliminin adını xatırlayır;
  • texniki avadanlıqları yalnız söndürüb yandırmağı bacarır;
  • anaları ilə serialları izləyir;
  • çilingərin “Слесарь” olduğunu bilmir;
  • həyat yoldaşının (mütləqdir ki, var) lüğətindən “qayğı” sözünü silir;
  • uşaqlarına (mütləqdir ki, var) çox şey “öyrətmək” üçün repetitor tutur;
  • şəraitdən, məkandan və zamandan asılı olmayaraq öskürür, asqırır, tüpürür və hamının bunu gördüyündən əmin olmaq üçün ətrafa göz gəzdirir;
  • ən yaxşı halda xaş, tər, sidik və spirt qarışığının deyil, bunlardan yalnız birinin iyini verir;
  • bədii ədəbiyyatın dostlarının dostlarının dostları oxuduğu və özlərinin müzakirəsində iştirak edib, ağız suyu axıdaraq süjeti ilə tanış olduğu “On bir dəqiqə”dən ibarət olduğunu düşünür;
  • Sosial şəbəkə hesablarındakı profil şəkillərinə bu mövzuda (heç bir punkt buraxılmadan) şəkil yerləşdirir: gün eynəyi ilə maşının yanında(içində/üstündə/yeri gəlsə, altında) əllərində siqaret.