Evli kişinin məxaric dəftərindən səhifə…dollar

11 sentyabr. Qəzetdə elan: «Makinaçı qadın axtarıram»…0,30
13 sentyabr. Xanım Syuitə həftəlik məvacib (avans)…8
14 sentyabr. Xanım Syuitə rahat stul…6
15 sentyabr. Xanım Syuitə güllər…0,25
18 sentyabr. Xanım Syuitə qızılgüllər…5
20 sentyabr. Həftəlik məvacib…16
22 sentyabr. Xanım Syuitə konfet…2
24 sentyabr. Xanım Syuitlə səhər yeməyi…2,50
26 sentyabr. Xanım Syuit üçün şlyapa…15
27 sentyabr. Həftəlik məvacib…25
29 sentyabr. Teatr və xanım Syuitlə şam yeməyi…9
30 sentyabr. Arvadım üçün manto…85
30 sentyabr. Qayınanam üçün ipək paltar…55
30 sentyabr. Elan: «Yaşlı makinaçı qadın axtarıram»…0,30