Və insan çayxana tikdi – yağışdan qorundu.
Və insan ənlik kəşf etdi – qadının utancaq olduğunu göstərdi.
Və insan tənhalığı seçdi – televizoru qoşdu.
Və insanın gözləri açıldı – hərfləri tanıdı.
Və insan həqiqəti dərk etdi – yalan danışmağa başladı.
Və insan kollektiv yalana nümunə gətirdi – seçki.
Və insan ən gözəl günaha batdı – övlad sahibi oldu.
Və insan torpaqdan bir parça oğurladı – ev inşa etdi.
Və insan naşükürlük etdi- valideyninə söz qaytardı.
Və insan göyə toxundu – sevdi.
Və insan düşmən qazandı – dostunu tapdı.
Və insan ilk məğlubiyyətini yaşadı – universitetə daxil oldu.
Və insan son məğlubiyyətilə barışdı – evləndi.
Və insan məğlub oldu – öldü.