Kişilər iki yerə bölünür:
– qısqanclar və azərbaycansayağı qısqanclar;
– maşına sahib olanlar və maşına sahib olanları söyənlər;
– gözəl məşuqəsi olanlar və “gözəl qadının ağılsız olduğunu” söyləyib özlərinə təsəlli verənlər;
– evlilik üçün “analar axtarış sistemi”nə saf qız sifariş verənlər və Seymur Baycan tərəfdarları;
– “Xaç atası”ndan sitat gətirənlər və “Kurtlar vadisi”nə baxanlar;
– Qabriel Qarsia Markesi dahi adlandıranlar və Ceyn Ostin yaradıcılığına hörmət edənlər;
– şanapipiklər və saç düzümündə tağ iştirak edənlər;
– sırğalılar və qulağında deşik açdırmaqdan qorxanlar;
– Twilightı bəyənənlər və ona baxdığını gizlədənlər;
– evlilər və xoşbəxtlər;
– subaylar və anası xoşbəxtlər;
– texniki yumora malik olanlar və ağzından şorba tökülənlər;
– meyxanaya qulaq asanlar və meyxana deyənlər;
– qayınanasını sevənlər və qayınanasını sevənlər;