Evli kişinin qorxduğu birinci adam qayınanasıdır. Qorxduğu ikinci adam qayınananın qızışdırdığı arvadıdır.
Subay kişinin qorxduğu birinci adam onu evləndirmək istəyən anasıdır. Qorxduğu ikinci adam anasının bu məqsədlə tapdığı arvadlığa namizəddir.

Evli kişinin sevdiyi birinci adam anasıdır. Sevdiyi ikinci adam anasının susdurduğu arvadıdır.
Subay kişinin sevdiyi birinci adam özüdür. Sevdiyi ikinci adam yoxdur.

Mübarizə şəraitində yaşamaq istəyirsinizsə, evlənin. 
Ananızı sevmək istəyirsinizsə, evlənin.
Qorxmadan evlilik həyatı yaşamaq istəyirsinizsə, anadan yetim qalmış qızla evlənin.
Amma yetər ki, evlənin!