Truman Kapotenin “Tiffanidə səhər yeməyi” əsərini oxuyanda Ülvi Dann mənə bir kino məsləhət görmüşdü: “Kapote“. Məsləhəti dəyərləndirib, rəfiqəmlə baxmışdıq. O kino sayəsində əlavə iki kitab (Harper Li “Əbabili öldürmək“, Truman Kapote “Soyuqqanlılıqla“) mütaliə etdim. Birinci roman əsasında çəkilmiş filmi izlədik də. İkincini bu yaxınlarda izləmək qərarındayıq. Hazırda isə həmin süjetin istifadə edildiyi başqa bir filmə baxırıq: “Şərəfsiz“.

Nəticə 1. Bir əsərdə başqa əsərlərə xitab olanda xoşuma gəlir.
Nəticə 2. Bir film sayəsində indiyədək tanımadığım, amma indiyədək tanımalı olduğum şəxsiyyətləri tanımaqdan xoşum gəlir.
Nəticə 3. Real hadisələrə əsaslanan filmlər xoşuma gəlir.
Nəticə 4. Nəticə 3. -dəki filmlər kitab əsasında çəkiləndə xoşuma gəlir.

Baxmayaraq ki, bu yazıya səbəb iki caninin dörd nəfərdən ibarət ailəni amansızlıqla qətlə yetirməsidir.