Məsələn, müxtəlif cildli kitablar olmasın, hamısı eyni cür, eyni rəngdə, eyni formatda olsun. Onlar xüsusi mağazalarda satılsın. Yəni, bu xüsusi mağazalarda yalnız belələri satılsın. Alarkən oxucuya açıb kitabın içinə baxmağa, annotasiya, müəllif və adla tanış olmağa icazə verilməsin. Sadəcə birini seçib, pulunu ödəyib çıxasan. Tanışlıq alandan sonraya təsadüf etsin. Sevimli məşğuliyyətimizə adrenalin qatılsın. Lotoreya kimi kimin bəxtinə nə düşdüyü bilinməsin.

Əldə etdiyin əsəri axıra kimi oxuyub qurtarmayana qədər yenisini almağa imkan verilməsin. (Hələlik bunu yoxlamağın üsulunu tapmamışam)

Bəlkə onda zəhləmiz gedən, qərəzli münasibət bəslədiyimiz yazıçıların əsərlərini oxuduq. Bəlkə onda marketinq qurbanı olmadıq. Bəlkə onda aldığımız üzsüz kitablara özümüz ÜZ çəkdik. Axı ən maraqsız, ən sadə, ən darıxdırıcı, ən solğun əsər belə rəssamlıq istedadımızı ortalığa çıxarmağa qadirdir.

p.s. Bundan sonra oxuduğum əsərlərə özüm cild şəkli çəkəcəm.

pp.ss. Gedim photoshop öyrənim.