1. Yorğun qadın işə gedir. Qulağında qulaqcıqlar. “Coldplay” “Paradise” oxuyur.
2. Proqramçı işləyirdi. Bekket yaradıcılığı ilə bu il tanış oldu. Və bütün il boyu Qodotu gözlədi. İlin sonuncu günü Şaxta Baba gəldi. “Şaxta Baba” dəyişəninə “Qodot” adı verdi və xoşbəxt oldu.
3. Günün günorta çağı gecə düşdü. Günəşi son “görən” adam kor idi.