İzlədiyim bloqların birindən Marta Ketro adlı yazıçının “Almaların xanımı” əsəri haqda oxumuşdum (Leylək-Xəlifə “Marta Ketro”). Paulonun və psix Petin atasının (Silver Linings Playbook 2012) söylədiyi kimi, işarələrə (anam qubalıdır, alma ən çox sevdiyim meyvədir və dişlək alma simvolu bu aralar dəbdədir) əməl edib, kitabı yükləyib oxumağa başladım.
Kitaba müəllifin iki əsəri daxil edilib: “Mənim kimi gonbul “Tülkü zövcə”.
Leylək-Xəlifədən fərqli olaraq, mən ikinci əsəri bəyəndim.
“Tülkü zövcə”
Həqiqətin sevdiklərinin həyatını korladığını görən Olenka yalan və illüziyalardan özünə bir dünya yaradır. Ətrafında olan hamının bu yalanlara inandığına özü də inanır. Uşaq vaxtı oxuduğu nağıldakı (Yapon nağılı “Tülkü zövcə”) qadın cildinə girən tülkünü canlandırır. Hamını aldatdığını zənn edən, “yalan nəzəriyyəsinin” təcrübədəki zəfərini bayram edən zaman aydın olur ki, hər şey onun düşündüyü kimi asan deyil. Aldadanlar dünyanın ən sadəlövh adamlarıdır. Əsl tülkülər isə özünü aldanmış kimi göstərənlərdir.
p.s. Ləqəbim haqda oxuduğum ilk əsər oldu.