Müşahidə

Kafka qəhrəmanlarının başına pis hadisələr səhərlər gəlir. Qreqor Zamza böcəyə çevrilir, Yozef K. həbs edilir. Kafka səhərləri təhlükəlidir.

“Bir səhər gecənin narahat yuxusundan ayılan Qrezor Zamza başa düşdü ki, elə yatağındaca əcaib bir həşərata çevrilib”. 

“Deyəsən, kimsə Yozef K.-nı şərləmişdi, çünki elə bir pis iş tutmasa da, səhər-səhər gəlib onu həbs etdilər”.

Assosiasiya

  • Kafkanın qələmə aldıqları real adlanacaq dərəcədə absurddur. Bizim reallığın qəhrəmanları kimi: metroda turneketdən keçən uşağın yaşını soruşan nəzarətçi, şəxsiyyət vəsiqəsi ilə birgə doğum haqqında şəhadətnamə tələb edən məmur, fitnes kluba maşında gedən idmansevər, astma xəstəsini narkotik maddə istifadə etmə ittihamı ilə həbs edən polis.
  • Məhkəmə“ni oxuduqca özümü “Başlanğıc” (“Inception”, 2010) filmində hiss edirdim. Sanki Kafkanın yuxusunda veyllənirdim. Ayılmaq üçün isə yanımda su ilə dolu vanna yox idi.
  • Müttəhimlər üçün vəkillərin yazdıqları vəkalətnamələri isə bizim universitetlərdə yazılan diplom və kurs işlərinə bənzətdim: şəxsindən asılı olmayaraq üzü köçürülən, çoxsaylı üzköçürmə prosesi nəticəsində içərisindəkilərdən heç kimin başı çıxmayan, arxivdə üst-üstə qalaqlanan kağız parçaları.


Nəticə

Qəribədir. Müəllifin əsərlərini oxuduqdan sonra mütaliə etdiklərim haqda dolğun bir şey deyə bilmirəm. Sonra digər oxucuların şərhlərinə göz atıram, onlarda da eyni sindrom müşahidə edilir.

Sevimli sitatım

“Yadına yapışqana ilişmiş milçəklər düşdü: dartınanda ayaqları qırılıb orda qalır, özləri isə azad olurdular”.


Frans Kafka haqqında azərbaycan dilində yaxşı mənbəhttps://franskafka.wordpress.com/

Əsərdən seçilmiş qeydlərhttp://www.kkoworld.com/2014/07/06/frans-kafka-m%C9%99hk%C9%99m%C9%99/