“Filmlərdə bəyəndiyim libaslar” mövzusuna davam edirəm.

1.Daunton Abbatlığı” (“Downton Abbey”, 2010-) – serialda Krouli ailəsinin böyük qızı Ledi Merinin əyninə geydiyi bütün donları, taxdığı bütün bəzək əşyalarını qarderobumda görmək istərdim.

2. “Əsas instinkt” (“Basic instinct”, 1992) – filmdə Şeron Stoun ilə Maykl Duqlasın rəqs etdiyi səhnədə qəhrəmanımız Ketrinin əynindəki parlaq don da sevimlilər siyahımdadır.

3. “Qətl halında M-i yığın” (“Dial M For Murder”, 1954) – Alfred Hiçkokun filmlərini sevirəm. Baş rollarda Qreys Kellini çəkdiyi filmlərini isə bir başqa sevirəm. Çünki belə olduğu təqdirdə, maraqlı detektiv süjet ilə yanaşı, dəb şousu da zövqümü oxşayır.

4. “Yüngül davranış” (“Easy Virtue”, 2008) – Bu filmə iki səbəbə görə baxmışdım: birincisi Kolin Fört, ikincisi ingilis yumoru. Cessika Billin qəhrəmanı isə gözəl geyimləri ilə seçimimdə səhv etmədiyimi göstərdi.

5. “Sərçə” (“La môme”, 2007) – Edit Piafı canlandıran Marion Kotiyarın qara kiçik donu.

6. “Gözəlçə” (“Pretty Woman”, 1990) – Bacımla bu filmə dönə-dönə baxmağımıza səbəb Culia Robertsə zövq, tərz ilə bağlı dərslərin keçirildiyi, mağazaları gəzdiyi və geyimləri seçdiyi səhnələr idi. Ən çox isə bu xallı donunu bəyənirəm.

7. “Divanə toy” (“Qu’est-ce qu’on a fait au Bon Dieu?”, 2014) – Evin kiçik qızı Lauranın toyu üçün seçdiyi gəlinlik

8. “Rokko və qardaşları” (“Rocco e i suoi fratelli”, 1960) – sevmədiyim Alen Delonu mənə sevdirən filmdə qəhrəmanımız Rokkonun sevgilisi Nadiyanın böyük ölçülü paltosu anamın bir vaxtlar geyindiyi paltoları xatırladır.

9. “İstedadlı cənab Ripli” (“The Talented Mr. Ripley”, 1999) – Keyt Blanşettin o gözəl göy paltosu.

10. “Məhəbbət hekayəsi” (“Love story”, 1970) – “acqarına” bəlkə də yetmiş dəfə baxdığım, saundtrekini sevdiyim, dialoqlarını əzbərlədiyim bu filmdə Eli Makqrounun paltosu palto mövzusunu davam etdirir. Desertə isə qırmızı donu var.

11. “U.E.” (“W.E.”, 2011) – rejissoru Madonna olan bu filmdə VII Eduard ilə Uollis Simpsonun eşq macərasından danışılır. Məlumdur ki, Uollis libasları və tərzi ilə dövrünün ən zövqlü qadınlarından hesab edilirmiş. Filmdəki kostyumlardan isə ən çox bəyəndiyim bu don oldu.

12. “Başqa qadın” (“The Other Woman”, 2014) – yazıma Kameron Diazın dəb şousu ilə yekun vururam.

Əvvəlki hissələr:
http://blue-foxfolks.blogspot.com/2014/01/qhrmanlarmn-licimi.html
http://blue-foxfolks.blogspot.com/2014/01/qhrmanlarmzn-licimlri-ikinci-hiss.html