Cəsarət edib dəyişikliyə və yeniliyə doğru addım atmaq üçün tənbəlliyin imkan vermədiyi yaş dövrü – 29 yaş.  Cəsarət edib ümidlərindən və arzularından vaz keçmədiyini nümayiş etdirməyə imkan verən yaş dövrü – 29 yaş.

Cəsarət edib hələ çox yaşayacağını düşünmək.
Cəsarət edib sevdiklərinə və əzizlərinə “səni çox istəyirəm” deyə bilmək.
Cəsarət edib hisslərindən və duyğularından utanmamaq.
30 yaşının bir addımlığında “sağlamlığın hər şeydən önəmli olduğunu”, ondan da önəmli “doğmalarının sağlamlığının hər şeydən önəmli olduğunu” anlamaq. İnsanın demontaj prosesinin həm fiziki, həm mənəvi ağrılı proses olduğunu anlamaq. Ümidsizliyin, çarəsizliyin nə olduğunu, onlarla mübarizənin əhəmiyyətsiz olduğunu anlamaq