Yazmaq istədiyim kitabı oxudum – Mixael Endenin “Momo” əsərini.

Nəyini bəyəndim? Sonda hər şeyin yaxşı olacağına inandıran nağılvari təhkiyə üslubunu, ziddiyyətli səslənsə də nikbin Kafka mistikasını və əlbəttə ki, müəllifin öz əli ilə hər fəslə çəkdiyi rəsm əsərlərini.

Zaman ovçuları Boz Cənabların sonuncu nümayəndəsi məhv olanda mənzilimizdə kabel televiziyasının yayımını dayandırdığım üçün özümlə fəxr etdim. İçimdəki mübariz Momo hələ ölməyib.