“İzabel üçün. Mandala” (Per Isabel. Un mandala) axtarış hekayəsidir. İtkin düşən İzabel və onun axtarışına çıxan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayəsi. Tadeuş axtarış prosesində müxtəlif insanlarla rastlaşır, onların dilə gətirdikləri xatirələr sayəsində İzabeli müxtəlif tərəflərdən görmək imkanı əldə edir. 

Kitab yazıçının ölümündən sonra 2012-ci ildə işıq üzü görüb.

Süjet buddistlərin dini ritualından götürülüb. Hekayə çevrələrdən ibarətdir, mərkəzində isə həqiqət və  məsələnin məğzi yerləşir. Paralel olaraq Salazar diktaturasına, avtoritar rejimə və İzabelin də aralarında olduğu disidentlərin təqibinə göndərmələr yer alıb.

Əsərdə mənə ən doğma gələn hekayə oğlunu itirən astrofizikin hekayəsi oldu. Oğlu öldükdən sonra qadın ağrılarını unutmaq, onların kiçik, əhəmiyyətsiz olduğunu görmək üçün kosmosa baxır. Fikirləşir ki, özü əhəmiyyətsiz olsa, ağrı-acısı da əhəmiyyətsiz olacaq. Mən də tez-tez bu yola əl atıram.

Eyni rəy videoformatda: