Polliannanın valideynləri vəfat etdikdən sonra xalasının yanına köçür. O, təbiətcə şən, həyatsevər qızdır. Tez bir zamanda xalasının evində işləyənlərlə, şəhər sakinləri ilə dil tapır. Atasının ona öyrətdiyi “sevinc oyununu” onlara da öyrədir. Oyunun məğzi ondan ibarətdir ki, başına gələn xoşagəlməz hadisədə sevinməyə bir şey tapmalısan. Daha doğrusu, Polliannanın atasının sözlərinə görə, sevinməyə bir şey tapmaq mümkündür. Məsələn, yas mərasimində özünün ölmədiyinə görə sevinə bilərsən, adından xoşun gəlmirsə, onu daha pis adlarla müqayisə edib, özünə təsəlli verə bilərsən. Bir sözlə, Pollianna şəhər camaatından çəhrayı eynəklilər klubu düzəldir.

Qızın hekayəsi ilə yanaşı ikinci xətt üzrə xalasının hekayəsi nəql edilir. Xalanın hekayəsi daha çox xoşuma gəldi. Adətən, bu qadını zalım, despotik obraz kimi təqdim edirlər. Halbuki, Polliannanın sağlam düşüncə qabiliyyətinin formalaşmasında, həyatın yalnız əyləncədən ibarət olmadığını, hər birimizin, istər böyüklərin, istər balacaların öhdəlikləri olduğunu başa düşməsində böyük rolu olur.

Polliannanı romantik komediya filmlərində ətrafına nəşə saçan, yeri gəldi gəlmədi gülən, gic-gic hərəkətlər edən, dünyanın ən bayquş oğlanı ilə tanış olub, onun da həyatını dəyişməyə çalışan qızların əcdadı hesab edə bilərik.

Əsərin video formatda təhlili: