“I Wish Someone Were Waiting for Me Somewhere” by Anna Gavalda

Nəhayət, ən pis günlərimin dostu, sirdaşı Anna Qavaldanın debüt kitabı ilə tanış ola bildim. O, “İstərdim, kimsə haradasa məni gözləsin” əsərini 1999-cu ildə orta məktəbdə müəllim işləyərkən yazıb. Növbəti il bu əsərinə görə “RTL-lire”-in baş mükafatına layiq görülüb.

I Wish Someone Were Waiting for Me Somewhere by Anna Gavalda

“RTL-lire” Fransada qış və yaz ədəbi mövsümünün əsas ədəbiyyat mükafatlarından biridir. “Lire” jurnalının dəstəyi ilə təqdim edilir. Fransız dilində qələmə alınmış romanlar iştirak edə bilər. Qalib oxuculardan ibarət münsiflər heyəti tərəfindən seçilir.

The last-chance saloon can wait: Anna Gavalda renews her fascination with  melancholy | The Independent | The Independent

Kitabda 12 novella yer alıb. Onlardan ən çox 5-ni bəyəndim və elə onlar haqqında da az-az təəssüratlarımı bölüşəcəm.

  •  “Sen-Jermen küçəsinin bəzi özəllikləri” adlı novellada yersiz telefon zənginin mükəmməlliyyətçi bir qadının görüşünü korlamasından bəhs edilir;
  • Bəyəndiyim ikinci hekayə “Qəza” oldu. Kolbasa şirkətinin satış meneceri yolda səhv yerdən döndüyü üçün özü də bilmədən qəzaya səbəb olur. Məlum olur ki, sağ qalmaq hələ yaşamaq demək deyil.
  • Ketqut” adlı novellada kənddə veterinar işləyən və üç kişi tərəfindən zorlanan qadının qisası təsvir edilir;
  • Topluda üzümü  ən çox güldürən “Oğul Devermon” adlı hekayə oldu. Deməli, Aleksandr ziyafətə getmək üçün dostunun qazına gəlib atasının yaquarını oğurlayır, evə qayıdanbaş yolda başlarına qəribə iş gəlir;
  • Gör, neçə il keçib” hekayəsinin əsas mövzusu isə ilk məhəbbətdir. Evli, uşaqlı bir kişiyə bir gün keçmiş sevgilisi zəng edir, ölümcül xəstəliyə tutulduğunu və görüşmək istədiyini deyir. Görürük ki, keçmiş xatirələri yaddaşımızın ən uzaq küncündə gizlədib, hər şeyi unutduğumuzu zənn etsək də, bir görüş hər şeyi yenidən canlandıra bilər.

Ümumi götürəndə, Anna Qavalda yenə ən adi həyatları, gizli arzuları, qorxuları, inciklikləri son dərəcə maraqlı tərəfindən göstərə və qəfil hadisələrin gedişatını ürəyi istədiyi istiqamətə – bəzilərində komediyaya, bəzilərində faciəyə dəyişə bildi.

2019-cu ildə kitabda yer alan hekayələrin motivi əsasında eyniadlı film çəkilib. Maraqlı alınıb (Trailer)