“Minoes” by Annie M.G.Schmidt

Anni Şmit dünya uşaq ədəbiyyatının görkəmli adlarındandır. Niderlandda pastor ailəsində anadan olub, amma işə bax ki, böyüyəndən sonra qatı ateistə çevrilib. Andersenin nağılları ilə böyüyüb, kitabxanaçılığı bitirib, sonra böyük bir kitabxananın direktoru olub. Bütün bunlar onu uşaqlar üçün kitab yazmağa həvəsləndirib.

File:Annie M. G. Schmidt , opdracht Gelderlander, koppen, Bestanddeelnr  933-7336.jpg - Wikimedia Commons

Əsərlərinin hamısı Niderlandda uşaq ədəbiyyatında bir növ çevrilişə səbəb olub. Həm forma, həm məzmun baxımından kök salmış dəyərlərə yeni bir şeylər qatıb. Oxucularına bəxş etdiyi xoş anlara, şəkillərdən gülümsəyən simasına rəğmən, Şmit 84 yaşında evtanaziyadan intihar edib.

“Pişik qız Minus”da da Şmitin gətirdiyi fərqli yenilik hiss olunur. Bütün fantastik elementlərinə rəğmən əsər çox realistik tərzdə qələmə alınıb, baş verənlər çox realdır. Uşaq ədəbiyyatı sayılmayacaq qədər.

Kitab Pişik qız Minus | Annie M.G.Schmidt | 2000028757960 | Alinino.az

Deməli, Minus adlı pişik günlərin bir günü qıza çevrilir. Çevrilmə prosesi də olduqca maraqlıdır: pişik universitet həyətindən konserv yediyi üçün insan olur. Məncə, əla tapıntıdır. Ardınca Minus elə hey pişiklərdən məqalə yazdığı üçün redaktoru tərəfindən tənqid olunan, bəxti gətirməyən yerli jurnalist Tibbenin evində yaşamağa başlayır və pişik dilini bildiyi üçün yoldaşlarından aldığı xəbərlərlə jurnalistə maraqlı məqalələr yazmağa kömək edir. Tibbe isə Minusu özünün katibəsi kimi təqdim edir. Hadisələrin cərəyan etdiyi bu balaca şəhərdə elə real obrazlar var ki: yayın cırhacırında xəz dərili palto geyən ev sahibəsi, ev heyvanları ilə kobud rəftar edən “Heyvanların Müdafiəsi Cəmiyyəti”nin sədri, qəza yerindən qaçıb, sonra rüşvətlə hadisəni ört-basdır etməyə çalışan mesenant və s. və i.