- gilənarı tumu ilə yeyənlər və yeməyənlər;
- şəkil çəkdirməyi sevənlər və şəkillərdə pis düşənlər;
- notebookda mousla işləyənlər və notebooku olmayanlar;
- riyaziyyata vurğunlar və tarix seçənlər;
- çatlaşanlar və iş görənlər;
- çatlaşa-çatlaşa iş görənlər və iş görə-görə çatlaşanlar;
- isti çay içənlər və üşüməyənlər;
- həyəcan istəyənlər və həyəcanlı olanlar;
- yerə tüpürənlər və yerə tüpürənləri söyənlər;
- metroda reklamları oxuyanlar və reklamdakı kurslara gedənlər;
Qadınlar iki yerə bölünür :
- dükanlardan çıxmayanlar və ərlərini sevənlər;
- sarışınlar və özlərinə itlərindən çox qiymət verənlər;
- ex-ini unuda bilməyənlər və next-lə görüşə tələsənlər;
- şirniyyat sevənlər və kökəlməyənlər;
- maşın sürənlər və sürdürənlər;
- ağlayanlar və ağladanlar;
- ərə getmək istəyənlər və facebookda accountu olanlar;
- ərə getmək üçün facebookda oturanlar və ərə getməmək üçün facebookda oturanlar(səmimiyyətimə inanın, təəccüblü də olsa belələri var.);
- profilinə hazır şəkil – pişik, ağlayan qız, gül, xoşbəxt cütlük, ürək və məşhurların şəkli – qoyanlar və öz gözəlliyinə əmin olanlar;
- emolar və qara dırnaq boyasına nifrət edənlər;
- qazandığından çox xərcləyənlər və varlılar ( bunlar da öz növbəsində iki yerə bölünür: imkanlı ataları olanlar və imkanlı sevgililəri olanlar. İmkanlı ər demədim, çünki elə şey olmur.) ;
Kişilər iki yerə bölünür:
- qısqanclar və azərbaycansayağı qısqanclar;
- maşına sahib olanlar və maşına sahib olanları söyənlər;
- gözəl məşuqəsi olanlar və “gözəl qadının ağılsız olduğunu” söyləyib özlərinə təsəlli verənlər;
- evlilik üçün “analar axtarış sistemi”nə saf qız sifariş verənlər və Seymur Baycan tərəfdarları;
- “Xaç atası”ndan sitat gətirənlər və “Kurtlar vadisi”nə baxanlar;
- Qabriel Qarsia Markesi dahi adlandıranlar və Ceyn Ostin yaradıcılığına hörmət edənlər;
- şanapipiklər və saç düzümündə tağ iştirak edənlər;
- sırğalılar və qulağında deşik açdırmaqdan qorxanlar;
- “Twilight”ı bəyənənlər və ona baxdığını gizlədənlər;
- evlilər və xoşbəxtlər;
- subaylar və anası xoşbəxtlər;
- texniki yumora malik olanlar və ağzından şorba tökülənlər;
- meyxanaya qulaq asanlar və meyxana deyənlər;
- qayınanasını sevənlər və qayınanasını sevənlər.