Uşaqlıq…
- şorba yeməyə üsyanlardır;
- keçiləri əzizləməkdir;
- tarix fənninə nifrət etməkdir;
- riyaziyyatı sevməkdir;
- ananın qayğıları ilə yaşamaqdır;
- kompyuterdən oyun oynamaq üçün istifadə etməkdir;
- gündəlik yazmağa başlamaqdır;
- ağ atlı şahzadəni xəyal etməkdir.
Yetkinlik…
- şorbanın faydasını yalnız nəzəri cəhətdən bilməkdir;
- keçilərin yalnız heyvan olmadığını dərk etməkdir;
- History Channel-ə baxmaqdır;
- riyaziyyatdan istifadə etmədir;
- ananın qayğılarından bezməkdir;
- kompyuterdən sosial şəbəkələrdə vaxt keçirmək üçün istifadə etməkdir;
- yazdığın gündəlikləri cırıb yandırmaqdır;
- nəinki şahzadələrin, ağ atların da varlığına şübhə ilə yanaşmaqdır.
Uşaqlıq…
- valideynlərinizin saatlarla Muğama qulaq asmasını başa düşməməkdir;
- “böyüyəndə … olacam” cümlələridir;
- xoxana, şaxta babaya, leyləyə inanmamaq və qaranlıqdan qorxmaqdır;
- “Ananı daha çox istəyirsən atanı?”, “Böyüyəndə kim olacaqsan?”, “Neçə bal topladın?” suallarıdır.
Yetkinlik…
- övladlarına niyə saatlarla muğama qulaq asdığını başa sala bilməməkdir;
- “balaca olanda … olmaq istəyirdim” cümlələridir;
- xoxana, şaxta babaya, leyləyə inandırmağa çalışmaq və hələ də qaranlıqdan qorxmaqdır;
- “Maaşın nə qədərdir?”, “Üfüqdə kimsə var?”, “Nə vaxt evlənirsən?”, “Toy hansı restorandadır?”, “Bişey, mişey var?” suallarıdır.
Uşaqlıq…
- Çelentanonun filmləridir.
- “Minti”, ”Turbo”, ”Love is…” saqqızlarıdır;
- “Santa-Barbara” serialı başlayanda yatmağa göndərilməkdir;
- “Walt Disney”ə baxmaq üçün həftəsonlarını gözləməkdir;
yalandan özünü yuxuluğa vurub gizlincə valideynlərinin söhbətinə qulaq asmaqdır; - tualetə getmək üçün dəhlizdəki bütün işıqları yandırmaqdır;
- gizlincə ananın pomadalarından çəkməkdir;
- atanın qəhrəman olduğunu düşünməkdir.
Yetkinlik…
- Çelentanonun filmləri üçün darıxmaqdır;
- “Dirol”, ”Orbit” saqqızlarıdır;
- seriallar bitdikdən sonra belə yata bilməməkdir;
- “Walt Disney”i hələ də yaxşı cizgi filmləri çəkdiyinə görə tərifləməkdir;
- valideynlərinin söhbətinin maraqsızlaşmağıdır;
- evdəki bütün işıqlar sönənə kimi tualetdə oturmaqdır;
- ananın gizlincə sənin pomadalarından vurmasıdır;
- qəhrəmanların olmadığını düşünməkdir.