İdeal kişi necə olmalıdır?
- futbola baxmalı;
- siyasətlə maraqlanmalı;
- qəzet oxumalı;
- minimum məktəb proqramını bilməli;
- texniki avadanlıqlarla davranmağı bacarmalı;
- sənədli və tarixi filmləri izləməli;
- evdə usta və çilingər işlərini özü görməli;
- həyat yoldaşının (əgər varsa) qayğısına qalmalı;
- uşaqları (əgər varsa) ilə çox vaxt keçirməli və çox şey öyrətməli;
- mədəni, cəmiyyət içində özünü aparmağı bacarmalı;
- gigiyenasına diqqət yetirməli;
- bədii ədəbiyyatı xoşlamalı;
- özündən əmin olmalıdır.
Real kişi necə olur?
- futbol oyunlarına pul qoyur;
- yalnız Berluskonini tanıyır (məlum səbəblərə görə);
- metroda qələmlə birlikdə satılan qəzetlərin krossvordlarını həll edir;
- məktəb proqramından maksimum direktor və bir-neçə müəlliminin adını xatırlayır;
- texniki avadanlıqları yalnız söndürüb yandırmağı bacarır;
- anaları ilə serialları izləyir;
- çilingərin “Слесарь” olduğunu bilmir;
- həyat yoldaşının (mütləqdir ki, var) lüğətindən “qayğı” sözünü silir;
- uşaqlarına (mütləqdir ki, var) çox şey “öyrətmək” üçün repetitor tutur;
- şəraitdən, məkandan və zamandan asılı olmayaraq öskürür, asqırır, tüpürür və hamının bunu gördüyündən əmin olmaq üçün ətrafa göz gəzdirir;
- ən yaxşı halda xaş, tər, sidik və spirt qarışığının deyil, bunlardan yalnız birinin iyini verir;
- bədii ədəbiyyatın dostlarının dostlarının dostları oxuduğu və özlərinin müzakirəsində iştirak edib, ağız suyu axıdaraq süjeti ilə tanış olduğu “On bir dəqiqə”dən ibarət olduğunu düşünür;
- Sosial şəbəkə hesablarındakı profil şəkillərinə bu mövzuda (heç bir punkt buraxılmadan) şəkil yerləşdirir: gün eynəyi ilə maşının yanında(içində/üstündə/yeri gəlsə, altında) əllərində siqaret.