- Pəncərəsinə “Saç ustası tələb olunur” elanı yapışdırılmış gözəllik salonlarına girmək olmaz!
- Sırtıq və həyasız oğlanlardan yaxa qurtarmaq üçün metroda qatara girən kimi kitab (fərqi yoxdur, bədii, elmi, nağıl. Oğlanlar məzmun ilə deyil, forma ilə maraqlanırlar) açıb oxumaq lazımdır!
- Sosial şəbəkələrdə profilinə maşın, gün eynəyi və gümüş bilərziklə şəkil çəkdirmiş, hakim partiyanın fan-ı olmuş, özü haqda informasiya bölməsinə “mən zor qaqaşam” cümləsi yazılmış y-xromosomların dostluq təklifini rədd etmək lazımdır!
- Əyin-baş almağa yaxın rəfiqəniz olmadan getmək olmaz! İstisna hal kimi yaxşı zövqü olan sevgiliniz də yarayar.
- Müxtəlif zövq, həyata baxış və prinsipləri olan rəfiqələrinizi bir araya gətirmək lazım deyil! (Bunu ad günü mərasimimdən sonra dərk etdim).
- Ananızın sizin bəzənib-düzənmək üsullarınıza qarışmasına icazə vermək olmaz!
- Xörək bişirmə prosesində badimcan, kartof, lobya və s. bu kimi əl və dırnaq qaraldan tərəvəzlərin təmizlənməsində əlcək taxmalı və ya bu işi kiçik bacınıza (varsa! Yoxdursa, təqaüdə çıxmış nənəniz də, əgər o ifritə deyilsə, işə yarayar) tapşırmalısınız!
- İstənilən vaxtda, istənilən şəraitdə sizin tualetə getmək təklifinizi qəbul etməyən qızla dostluq etmək olmaz!
- Sizin sözünüzlə oturub durmayan oğlan tərbiyə etmiş bir qadının gəlini olmağa dəyməz!
- Birinci mesaj yazmayın, birinci zəng etməyin, birinci görüş təklifi EDİN! Kişilər şokdan gec ayılır. Ayılanda isə artıq ikinci uşağa hamilə olacaqsınız.
- Əgər hər səhər özünüzə və evdəkilərə “Nə geyinim, heç nəyim yoxdur?” sualını verirsizsə, şkafınızda isə güvələr paltar əlindən yaşamağa boş yer tapmırsa, deməli düz yoldasınız. Şoppinqə davam!
- Evə gələn kimi makiyajınızı silin. Valideynlərinizin ürəyi sevgilinizin ürəyindən zəif ola bilər!
- Yeməyinizi xoşagəlməz tanışlarınızın gözü qarşısında yeyin. Qoy pəhriz saxladığınızı bilməsinlər!
- Müzakirə (mübahisəyə yaxın müzakirə) zamanı vaxtında dayanmağı bacarın, əsas sonuncü söz demək deyil, əsas əsas sözü deməkdir!
- Qələmə aldıqları əsərlərinin məğzinin izahatına “mən bunu demək istəmişəm” cümləsi ilə başlayan yazıçı kişilərə email ünvanınızı verməyin!
- Saçlarınızın təbii formasına üsyan etməyin! Ustanız təbiət qədər mərhəmətli, kimya müəlliminiz qədər savadlı olmaya bilər!
- Savadsız oğlanlara ölüm! Unfriend, unlike, remove, block!
- Üzqabığında qrammatik səhvlər olan kitabları almayın;
- Yanındakı qıza məhəl qoymayan oğlanla mazağlaşmayın;
- “Son modeldir”, “təzə gətirmişik”, “sizə çox yaraşır” kimi klişelərdən istifadə edən satıcıların maaş almasına yardımçı olmayın;
- Seçim hüququ verməyən ölkədə yaşamayın;
- Dermotoloji testdən keçməmiş insanlarla yaxınlıq etməyin
QADINLAR DÜNYASININ YAZILMAMIŞ QANUNLARI
Leave a Reply
You must be logged in to post a comment.