•  Öz arvadlarını eşşək kimi çırpan, bacılarının gözləri altında tuluq görən kimi kürəkən əzişdirmək üçün namus mücəssəməsinə çevrilən  kişilər.
  •  Dostunu “arvaddan qorxan” adlandırıb, cəmi-cümlətanı dörd gün tanıdığı (özüdə virtual) qızın bir sözü ilə sosial şəbəkə hesabındakı dost siyahısında olan bütün xatunları xarakiri edən kişilər.
  •  Şöhrətpərəstliklə bağladığı müqavilənin axırıncı punktuna uyğun olaraq velosiped belə sürə bilməyən oğlunun altında yağ kimi dördgöz almaqla, onu yollarda qəza törədib başqa bir ailənin çörək ağacı olan həmcinsini o biri dünyaya yola salmağa vadar edən kişilər.
  •  Özünü “yeni nəsil yazıçısı” adlandırıb, klassik və oxunulması vacib sayılan əsərlərin dilimizə tərcüməsini gözləyən kişilər.
  •  Hər imkan düşdükcə rastına çıxan qadınla “harda gəldi, necə gəldi” pozası ilə (“Kamasutra”nın Azərbaycan dilinə tərcüməsinin nəşrində milli qeyd kimi əlavə etmək lazımdır) sevişən, sonra “analar axtarış sistemi”nə (Google-a demək lazımdır əməkdaşlıq haqda düşünsünlər) “Kamasutra”nın nəinki adını eşitmiş, heç Hindistanın harda yerləşdiyi haqda təsəvvürü olmayan “saf” qız sifariş verən kişilər.

VƏ BU KİŞİLƏRİ DÜNYAYA GƏTİRİB, “GÖZƏL” TƏRBİYƏ VERMİŞ, SONRA DA BU “GÖZƏLLİY”İN SƏBƏBİNİ OĞLUNU YOLDAN ÇIXARAN QIZLARDA GÖRƏN QADINLAR!

  • Valideynlər övladlarını idman kurslarına maşında aparırlar.
  • Sevgilisinə/nişanlısına alicənablığını nümayiş etdirmək istəyən gənc bu ali məqsədə çatmaqda yoluna çıxan başqa qızları şikəst edir. p.s. Arvadı demədim, çünki arvada daha heç nəyi nümayiş etdirməyə ehtiyac yoxdur.
  • Birinci kurs universitetə düz bir həftə anası ilə gedən tələbə oğlan həftənin tamamında evlənmək fikrinə düşür.
  •  Halal süd əmmiş qız tapmağa and içmiş bığıburma gənc bu arzusunu həyata keçirmək üçün şəhərin yarısı ilə yatır.
  •  Qadınlar(hətta kişilər də) gözəl görünmək üçün gözəlliyini əməliyyat stolunda(bəzən gözəllik salonlarında) itirməyə tələsirlər.