“Araba gedər, izi yox,
Yanar, yanar, közü yox.” (Araba “Yanıq Kərəmi” aparırmış.)
Ayağı yoxdur, qaçır,
Qanadı yoxdur, uçur. (Dubaya köç edənlər)
Bir ağacım var, oniki budağı.
Hər budağın otuz yarpağı.
Hər yarpağın bir üzü qara, bir üzü ağ. (İş kollektivi)
Biri gedər, gəlməz,
Biri yatar, durmaz. (Sevgili və ər dilemması qarşısında fikrə dalan qadın)
Bu yanı taxta, o yanı taxta,
Yumuru bəy otaqda. (Rəhmətə gedən kök və varlı kişi)
Bir damım var,
tək dirəkli. (Çimərlik şəmsiyyəsi)
Ağzın açar, zəhər saçar,
Onu görən geri qaçar. (Qaynana)
p.s. İlan deyən qələt edir.
Gündüz yatar yuvada,
Gecə gəzər obada. (Yenə Dubaya gedənləri yad edək)
Aləmi bəzər
Özü lüt gəzər. (Mentalitet)
Qızılgül pardaxlandı,
Qol atıb çardaxlandı,
Torpaqsız yerdə bitdi,
Yarpaqsız budaqlandı. (Stilisti olmayan məşhur müğənni)
Həftədə bir dəfə başın kəsərəm
Nə qanı çixar nə canı. (Ər)
Gündüzlər dolanar,
Gecələr ağzı açıq yatar. (İş tapa bilməyən Azərbaycan vətəndaşı)
Bizdə bir kişi var,
Ağzında iki dişi var. (Bir yaşı tamam olmuş oğlan uşağı)
Qara atı bağladım,
Qaya dibinə bağladım. (“Qaya” restoranının qabağında qara Mercedes)
Ələk boyda üzü var,
Yüz əllicə gözü var. (Sərxoş adamın gördükləri)
Ağzı yuxarı baxar.
Altından yağış yağar. (Plastik əməliyyatı uğursuz nəticələnmiş qadın)
Suda balıq,
Quyruqu yanıq. (Cadu nəticəsində su pərisinə çevrilmiş Yanıq Kərəmin bacısı)
Altı taxta, üstü taxta
Ortasında dəmir balta. (Raskolnikov cinayətə hazırlaşır)
Iynə gözündən baxaram,
Cümlə cavanı yıxaram.(Devid Kopperfildin konsert posterlərindəki şüar)
Ağzı birdi, dili mindi,
Gah belə deyir, gah elə. (Deputatlığa namizəd. Seçkidən qabaq və sonra )
Özü qara, sözü ağ. (Ağ yalan danışan qaradərili)
O nədi ki, içində qışdır,
Çölündə bahar. (Novruz bayramında vampir Edvard Kallenin ağuşu)