Ərimin ürəyinə yol tapmaq üçün mənə aşağıdakı məhsullar lazım oldu:
toyuğun döş əti, soğan, göbələk və göyərti (mənim halımda cəfəri).
Döş ətini doğradım. Əsas əlinizdən muğayat olun. Ət cəhənnəmə, qanını yumaq olur.
Tavaya yağ töküb (zeytun olsa, lap yaxşı) əti qızartdım. Ananızla telefonla danışıb, yandırmayın.
Eyni qaydada göbələyi doğradım.
Sonra soğanı.
Soğanı da qızartdım. Toyuğu qızartdığım yağ çox olduğundan, onları çıxarıb, soğanları basdım tavaya.
Sonra bura göbələyi tökdüm. Onlar mehribanlaşana qədər gözlədim.
Mehribanlaşıb, alyanaq olandan sonra bayaqkı toyuq ətini əlavə etdim.
Cəfərini bacardığım, əslində isə bacarmadığım qədərilə xırda doğrayıb, mehriban kollektivə əlavə etdim.
Qaba çəkəndən sonra xama əlavə etdim. Nə olsun ki, başlıqda qaymaq yazmışdım?
Nuş olsun.
Bunlar hamısı boş şeylərdir! Əsas sögü-məhəbbətdir 🙂