Lap yadımdan çıxmışdı. Bir də yumurta. Ümumiyyətlə, kotlet nədən hazırlanırsa, hazırlansın mütləq yumurta vurulmalıdır.
Kartofları və soğanı soyub yudum.
Hər ikisini rəndədən keçirdim.
Quru otlar, duz, istiot və yumurta əlavə etdim.
Qarışdırıb, əlimdə kotlet şəklinə salıb, unlayıb (prosesin sonuna yaxın unsuz daha yaxşı olduğunu başa düşdüm) tavaya qızarmağa qoydum.
Qırmızı kirpilərə bənzər bir şey alındı.
Hazır vəziyyəti belə oldu.
Yanına sos hazırlamaq üçün bizə 2-3 pomidor, 1 qırmızı bibər və 1 diş sarımsaq (nə olsun ki, şəkildə 2dir?) lazım olacaq. Hamısını xırda xırda doğramalıyıq.
Yağlı tavada bişirdim.
Anamın kənddən qayıdarkən aldığı, adı yadımdan çıxan pullu balığı 2 gün bundan qabaq doğrayıb, təmizləmişdim. Balıq, toyuq və mal ətinin qeyri-bərabər şəkildə tikələrə bölünməsi sahibənin qeyri-peşəkarlığından xəbər verir.
Unlayıb, qızardıram.
Bu balıq parçaları üstündə bacım qızına bütün həndəsi fiqurları başa sala bilərdim, əslində 🙂
Çox vaxt tərsinə olmalıdır. Amma mən əvvəlcə narşərabı tökdüm. Sonra soğanları val-val doğradım. Soğanların belə anormal formasının isə sahibənin peşəkarlığı ilə heç bir əlaqəsi yoxdur.
Qəşəngcə boşqabıma çəkib yeyirəm. Sizə də nuş olsun! Yaşıl noxudu rəng harmoniyası qorunsun deyə əlavə etmişəm. Yəni, onsuz da olar.
p.s. Bred Pitt əla aktyordur!