Ceyn Ostin yaradıcılığı ilə fəsəli hazırlanma texnologiyasını bir şey birləşdirir: hər ikisi ilə məni rəfiqəm Sevinc tanış edib. 
Nazikliyi və zərifliyinin hazırlayanın təcrübəsinə birbaşa aidiyyatı var. Fərqi yoxdur, içliyi ətdən olsun, ya kəsmikdən, ya badımcandan, istəyir lap balqabaqdan 🙂

Aşağıdakılar lazım olacaq: un (2  stəkan), süd (2 stəkan), yumurta (2 ədəd), duru yağ (2 xörək qaşığı), soda (yarım çay qaşığı), su (1 stəkan), duz və ya şəkər (zövqə görə).

İçlik üçün lazım olanlar: kəsmik (dəqiq bilmirəm, şəkildəki iki qabın içindəkilər bəs oldu), cəfəri (1 dəstə)

Əslində mayeyə unu tökmək asandır. Mən həmişəki kimi erməni fəhləsi olub, unun üstünə maye tökdüm.

Yumurtanı töküb

bir xeyli çaldım.

Üstünə süd əlavə edib, bir az da ikisini birlikdə çaldım.

Əndərdim unun üstünə.

Səhvim ucbatından bir az əziyyət çəkdim. Suyu tökdükdən sonra

məhlul belə eybəcər hal aldı.

Bir az çox çalası oldum. Sonra yağ əlavə etdim.

Üstündə yağ damcıları və qabarcıqların əmələ gəlməsi fəsəli xəmirinin demək olar ki, hazır olması deməkdir.

Tavanı 1cidə yağlamaq lazımdır, iş ritmə düşəndən sonra isə daha gərək olmayacaq. Fəsəli bişirənlər yaxşı bilər, belə bir qayda var. 1ci fəsəli heç vaxt ortalığa çıxmaz, idbarlığı üzündən aşpaz tərəfindən aşırılar.

Hazırın bir yanağı belə olur.

Digər yanağı belə.

Uzun çəkən proses olduğundan yanımda kitabım da var idi. Qoldinqin “Varislər”i.

20 dəqiqəlik mütaliə prosesində karandaşladığım bir tək cümlə oldu: “Sükut onları birləşdirdi”. Eynilə. Mən və xörək hazırlanma prosesinə belə bir başlıq qoya bilərik.

Keçirəm içliyi düzəltməyə. Yağlılıq faizi 9 və 0,2 olan iki kəsmiyi qarışdırıb, çəngəllə əzirəm.

Cəfərini doğrayıram.

Kəsmiklə cəfərini qarışdırıram.

Fəsəlinin arasına qoyub McDonalds rollarını utandıran dürmək düzəldirəm.

Bu da alınan nəticə, dadlı çıxmışdı 🙂

p.s. Bu postumu dekabrda dünyamıza gözünü açacaq Olinin anasına həsr edirəm :*