Krevetlərlə ilk tanışlığım uğursuz alınmışdı. Təmizlənməmişin alıb, bir xeyli əziyyət çəkmişdim. Səhvimi düzəltdim və lüt halda satılanlardan aldım. Lazım olacaq şey-şüylər 🙂
Krevet, pomidor, kahı, qara zeytun, mayonez.
Krevetləri yuyuruq. Bir də göz gəzdiririk. Birdən təmiz olmayanı ola bilər.
Tavada suda bir az haşlayıb, sonra yağda azca qovururuq.
Pomidorlar kub şəklində doğranılır. Tillərin bərabər olmasına bıçağınız və peşakarlığınız zəmanətdir.
Eyni qaydada qara zeytun. Çox xəşilin çıxarmamaq şərtilə.
Hamısı atılır bir qaba, üstünə kahı doğranıılır.
Mayonez əlavə edilib, qarışdırılır. OPPA KREVET STYLE 🙂
p.s. hazırlanan kimi yeyilməyi məsləhətdir. Qalanda su buraxır ALTINA 🙂