Tələbədən pul alıb, yoxlama gələnə kimi qorxa-qorxa qiymət yazdıran müəllim ilə villası yananda aradan çıxan icra başçısı eyni rejimin yetirməsidir, məhsuludur. Və bu məhsulun istehlak müddəti keçib, zibilliyə atılmaq vaxtıdır.

Olmayan savadı ilə universitetə girib, atasının olan(olmayan) pulu ilə oranı bitirən tələbə ilə icra başçılarının düşüncə tərzi də eynidir. Çünki onlar bilirlər(ya da şüuraltı hiss edirlər) ki, normal cəmiyyətdə, normala yaxın dövlətdə, normaldan bir az aşağı idarəetmə sistemində bu yerdə olmazdılar. Ağızlarından düşməyən mədhiyyələrin səbəbi də budur.

Belə qorxaq, aciz, savadsız oğrularla zəngin bir məmləkətdə yaşamağın yeganə yolu onların daşıdıqları məziyyətlərin ANTİ-sinə sahib olmaqdır.

Dəli olmamaqdan, iyrənməməkdən ötrü hər şeyə tüpürmək lazım deyil. Tüpürcəyimizin təyinat məntəqələri olan üzlər(?) mütləq vardır.