Yağış yağır. İslanmamaq üçün anası ilə qaçan balaca oğlan uşağı ilə üz-üzə gəlirəm. Üzümə baxıb gülür. Mən də gülürəm. O yağışda qaçır, mən gəzirəm. Yağış insanları uşaq edir. Ya da uşaq olduğun yalnız yağışda bilinir. Ya da uşaq olmaq üçün yağışı gözləyirik. Uşaq olmadığımızı da yağışda başa düşürük. Nə isə… Əsas odur uzun fasilədən sonra küçədə gülür və qulağımda oxunan mahnını özüm də oxuyurdum. Dəli kimi görünmək də gözəldir. Gözəl dəli olmaq lap gözəldir. İkinci intizam məsələsidir.