Neçə nəfər üçün hazırlanacaqsa, o sayda badımcan, pomidor və bibər, 4 nəfərlik porsiya üçün 200-300 qr qiymə, bir dəstə qara reyhan (MÜTLƏQ), bir dəstə şüyüd. Bilirəm şəkildə cəfəri də var. Onu başqa yemək üçün yumuşdum :p
Badımcanların qarnını bir balaca yarırıq.
Qaynar suda pörtlədirik. Sudan çıxarıb ovcumuzda əzib, suyunu çıxarırıq. Eyni zamanda çeçələ barmağımızı yarıqdan içəri keçirib toxumlarını təmizləyirik.
Sonra hər iki üzünü bir az qızardırıq.
Qiyməni yağda qovururuq.
Pomidorların içini təmizləyirik.
Çıxarılmış pomidor içliynii xırda-xırda doğranmış göyərti ilə qiyməyə qatırıq.
Hamısının içini qiymə ilə doldurub tavaya və yaxud “qarnıyarıq” adlanan qazana doldururuq. Kərə yağı doğrayıb aralarına düzürük.
Tərifləmək çıxmasın, özüm hazırladığım badımcan dolmasını çox xoşlayıram. Anamdan da dadlı hazırlayıram.