Lazım olanlar: şəkildəkilər :p

Miqdarı: dəstə yarım nanə ilə bir dəstə şüyüddən başqa qalan hər şey gözəyarı

Göyərtiləri yuyub doğradım.
 Çəkilmiş əti dərin bir qaba qoydum.
Doğranmış göyərti ilə yumru düyünq əlavə etdim.
Kərə yağı yumşaq olmadığından həblə doğrayıb qatdım.
Bunların hamısını qəşəngcənə yoğurdum. Təbii, duz-istiotu unutmamaq şərti ilə. 
Üzüm yarpaqlarını isti suda saxladım. Yarpaq nə qədər qartdırsa, bir o qədər isti suda qalmağı məsləhətdir.
Yarpaq dolmasının ən çətin işi onları bükəcək bekar adam(lar)ı tapmaqdır. Məndə belə bir adam var idi. Amma xahiş yox, tələb elədi ki, adını açıqlamayım 🙂
Bəzilərinin yumru, bəzilərinin uzunsov bükülməyinə çox fikir verməyin. Cansıxıcı prosesi canlandırmaq cəhdləridir.
Həmişə bu ikisindən biri artıq qalır, ya ət, ya yarpaq. Hər ikisinin eyni vaxtda qurtardığını görməmişəm. 30 illik evdarlıq stajı olan xanımlarda belə. Ət qurtardısa və islaq yarpaqlar artıq qaldısa, onları vicdan əzabı çəkmədən zibil qabına ata bilərsiniz. Əksi baş verdisə, əti yumru-yumru edib, üstdən düzə bilərsiniz. Olmağı həmin balaca küftələri xoşlayan adama da rast gəlməmişəm :))
 Bir stəkan su töküb orta odda bişiririk. 
Hazır olanda hansı yarpağın qart, hansının tər olduğu o dəqiqə bilinir.

Nə isə çox danışdım, üstünə qatıq töküb vurun bədənə.