Hələ bir müddət əvvəl əksəriyyət “əşi, bir-iki ağaca görə belə eləməzlər” deyirdi. Bu filmdə də bir ağacdan danışılır. Bir ağacın bir qıza göstərdiyi təsirdən. Söhbət ağacda deyil, söhbət prinsiplərin, doğru hesab etdiklərin uğrunda mübarizə aparmaqdadır. Bunu isə ən yaxşı atalarımızın misalında görürük. Mübariz ata cəsarətli qız övladı tərbiyə edə bilər, cəsarəti vecsizlik adlandıran ata isə qorxaq oğul. Və cəsarətli qız qorxaq oğlanı sevərsə, onu da cəsarətli etmək iqtidarındadır. Yetər ki, ətraflarında sevginin böyük gücünə inananlar olsun.
Bir bloqumda rəngli insanlardan danışmışdım. Qorxaq qəhrəmanımızın ağıllı babası belə bir şey deyir:
– Sönük insanlar da var, parlaq insanlar da. Bir də var rəngbərəng insanlar.
Həyatınızda sonuncuların çox olması diləyi ilə.
p.s. Ata-qız münasibətlərindən bəhs edən filmləri sevirəm.