Vegeterian pastası öz icadımdır. Bəlkə də hardasa mənim kimi başdanxarab edib bunu. 
Ərzaqlar: Spagetti(1 qutu), qarğıdalı (1 qutu), yaşıl noxud (1 qutu), pomidor tomatı (1 xörək qaşığı), mayonez (1 xörək qaşığı), pomidor (3-4 ədəd və ya hazır bankalarda olan doğranmış pomidorlardan istifadə etmək olar), soğan (1 ədəd), sarımsaq (1 ədəd), dəfnə yarpağı (3 ədəd), Gallina Blanca kubiki (1 ədəd), qurudulmuş nanə.
Spagettini adi qaydada hazırlayırıq. Suyuna Gallina Blanca atmağı unutmayın. Süzün qoyun bir kənara.
Yaşıl noxudla qarğıdalını blenderdən keçiririk.
Belə bir qarışıq alınır.
Qarışığa əvvəlcə mayonezi, sonra pomidor tomatını, daha sonra quruldulmuş nanə, doğranmış soğan və sarımsağı əlavə edib qarışdırırıq.
Tavada pomidorları töküb dəfnə yarpağı ilə birlikdə suyu çəkilənə və əzilənə kimi bişiririk. 
Hazır olanda üzərinə qarışığı tökürük.
İkisini birlikdə qarışdırdıqdan sonra belə bir sous alınacaq.
Sousu spagetti ilə qarışdırıb süfrəyə veririk.