Asan hazırlanan yeməklərdən biridir. Orijinal versiyada donuz ətindən istifadə edilir. Mən isə üzü qibləyə kəsilmiş mal ətindən istifadə edirəm 😛
Göy soğan (1 dəstə), yaşıl bibər (2 ədəd), çili bibər (1 ədəd), baş soğan (1 ədəd), sarımsaq (2 baş), 
yumurta (1 ədəd), düyü (1 stəkan), soya sosu (2-3 xörək qaşığı), soyutma ət (300-400 qram)
Əvvəlcə düyünü bişiririk.
Soğanla sarımsağı xırda-xırda doğrayıb qızardırıq.
Eyni qaydada yaşıl bibəri.
Əti əlavə edib, bir az qızarana kimi bişiririk.
Düyünü əlavə edirik.
Yumurta çırpılıb, tez-tez qarışdırılır. 
Yeməyin altını söndürdükdən sonra göy soğan və çili bibər qatılır.
Soya sosu tökülüb, qarışdırıldıqdan sonra süfrəyə verilir.
Nuşi can. Yeyin, gözləriniz tumlaşsın. Döyüş alnımıza yazılıb. Bu döyüşdə kim uduzdu, kim uddu? Və ən nəhayət, vermirlər aman bizə, çıxaq gedək buralardan.