Bəli, elə bu arzu ilə də 2014-ə start verəcəyik.
2013 mütaliə dünyama yeni yazıçılar və əsərlər, sevimli köhnə yazıçılarımın yeni əsərlərini gətirdi. Köhnəli, yenili yaşadıq getdi.
Bizim kimi adamlara yeni kitabın özü də bir bayramdır. Bizim kimi adamlara bayram kitab ilə gəlir. Bizim kimi adamlar Cem Yılmazın təsvir etdiyi – qorxu filmlərində birinci ölən gombul və eynəkli adamlardır.
Beləliklə, Sevinclə başladığımız adətə davam edirik. “Bir kitab – bir söz və ya bir söz birləşməsi” adətinə.
Kitablarımızın və sözlərimizin çox olması diləyi ilə.
1. Uilyam Qoldinq “Varislər”
Müdriklik
2. Marta Ketro “Almaların xanımı”
Yeganə olmaq
3. Joze Saramaqo “Təxirə salınmış ölüm”
Ölümsüzlük
4. Yusuf Atılgan “Anayurt oteli”
Tənhalıq
5. Markus Zusak “Kitab oğrusu”
Sözlər
6. Tennessi Uilyam “Arzu adlı tramvay”
Ümidsizlik
7. Ejen İonesko “Keçəl müğənni”
Dəlixana
8. Kurt Vonnequt “Sallaqxana N5 və ya uşaqların səlib yürüşü”
Müharibə
9. Andre Morua “Yad qadına məktublar”
Hisslər
10. Andre Morua “İqlimlər”
Qarşılıqsız məhəbbət
11. Erik-Emmanuel Şmit “Oskar və çəhrayı paltarlı qadın”
Mübarizə
12. Riçard Yeyts “İnqilab küçəsi”
Bəhanə
13. Qustav Flober “Madam Bovari”
Peşmanlıq
14. Con Steynbek “Qayğılarımızın qışı”
Pul
15. İvan Turgenev “Atalar və oğullar”
Prinsiplər
16. Martin Paj “Mən necə idiot oldum”
Ağıl