Qərara gəldim ki, bu vaxta kimi baxdığım filmlərdə bəyəndiyim, özümün də qarderobumda görmək istədiyim libasları sizinlə paylaşım.
Birinci keçmiş dövrlərdən bəhs edən kinolardan seçdiklərim:
1.1. “Anna Karenina“da (2012) Kittinin cəmiyyət içinə çıxmaq üçün geyindiyi ağ don. O, bu donla Vronski ilə ilk rəqsini edir və elə bu rəqsdən sonra da ona aşiq olur.
1.2 Eyni filmdə Anna Karenina da “rəqibindən qalma geri” prinsipi ilə ağ don geyinir.
2.1. “Film” və “dəb” sözləri yan-yana gələn kimi, ilk ağla “Tiffanidə səhər yeməyi” (1961) kinosu gəlir. Həmin filmdə qəhrəmanımızın geyindiyi qırmızı palto sevimli üst geyimlərim sırasındadır.
2.2. Həmin filmdən çəhrayı futlyar don da palto ilə eyni aqibəti yaşayır. Bir çoxlarından fərqli olaraq filmin əsas libası sayılan – qara donu heç sevmirəm.
3. “Soyuq dağ“da (2003) Nikol Kidmanın canlandırdığı qəhrəmanımızın geyindiyi bej rəngli, üstü işləməli jaket.
4. “Bu bir gecə baş verdi” (1934) filmində Klodett Kolber cəmi dörd geyimdən istifadə edir. Yol boyu geyindikləri bir çox müasir dəb jurnallarının marağına səbəb olmuş və yeni modellərlə həmin geyimin remeyki edilmişdi. Mən də bu görünüşün vurğunlarındanam.
5. “Parisdə gecəyarı” (2011) filmində Adriananın geyindiyi muncuqlarla işlənmiş don. Əlində götürdüyü balaca çanta və saç düzümü. Ümumiyyətlə, caz dövrünün parlaq libaslarını sevirəm.
6. “Rəngli duvaq“dakı (2006) paltar. Təəssüf ki, paltarın bötüv düşdüyü kadrı tapmadım.
7.1. “Arxa pəncərə” (1954) filmində Qreys Kellinin dəb nümayişini də unutmaq olmaz. Qreys Kellinin iştirakı ilə baxdığım ilk film yaddaşımda gözəl paltarlarla qaldı. Yuxarısı qara, ətəyi ağ tüldən ibarət don. İncə sandallarla əla ahəng yaradılıb.
7.2. Karandaş yubkalı yaşıl kostyum.
7.3. Və əlbəttə ki, Şanelin tövsiyyə etdiyi kiçik qara don Qreys Kellini daha zərif göstərir.
8.1. Qreys Kelli bir qadın kimi o qədər xoşuma gəldi ki, başqa filmlərinə də baxmaq qərarına gəldim. “Qu quşu” (1956) filmini seyr edərkən ikinci dəfə ağzım açıq qaldı. Bir-birinin ardınca geyindiyi ağ donlar.
8.2. “Qu quşu” obrazına ən çox yaraşan libas.
8.3. Ağ-qara şəkil olduğundan ətəyin rəngi bilinmir. Əslində açıq mavi rəngdə idi.
9.1. Təbii ki, “Böyük Qetsbi“dəki (2013) o sevimli üçlüyümü mütləq vurğulamalıyam. Cordan Beykerin Qetsbinin çoxsaylı ziyafətlərindən birində geyindiyi qara don.
9.2. Deyzinin tül donu.
9.3. Deyzinin Qetsbi ilə bağda öpüşdüyü səhnədə geyindiyi parıltılı donu.