Yazımın ikinci hissəsində müasir dövrün filmlərindən bəyəndiyim libasları təqdim edirəm.
1.1. Bu yaxınlarda izlədiyim “Vaxt haqqında” (2013) filmin baş qəhrəmanının libasları məni laqeyd buraxmadı. İlk görüşdə əynində olan bənövşəyi rəngli don.
1.2. Toydakı qırmızı gəlinlik.
1.3. Göy şalvarı, yaşıl köynəyi və qəhvəyi çantası.
Bu kinodakı digər geyimlərin hansı markadan olduğunu bilmək üçün keçid: http://www.pinterest.com/onscreenstyle/about-time-fashion-costume/
2. Nikol Kidmanın iştirakı ilə daha iki filmdə bəyəndiyim libaslar. “Avstraliya”da (2008) kimono tərzli don.
3. “Stoker”də (2012) tünd yaşıl rəngli tül don.
4.1. Bu il oskar almaq şansı olan Vudi Alenin “Mavi Casmin” (2013) filmində Park-Avenyuda yaşayan Casminin əsilzadə qadın tərzi. Qırmızı don.
4.2. Ziyafətə geyindiyi zərli jaket.
4.3. Və mənim sevimli enli, şifon mavi köynəyi.
5. Somerset Moemin “Teatr”əsəri əsasında çəkilmiş “Culia olmaq” (2004) filmində Culianın geyindiyi qara don.
6. Keçək gəlinliklərə. “Böyük toy“da (2013) Amandanın gəlinliyi. Bizim gözəllik salonlarına başa salmaq lazımdır ki, “quş yuvası” saç düzümü artıq dəbdə deyil.
7. Fransız komediyası “Jozefin“də (2013) qəhrəmanımızın bacısının gəlinliyi. İkinci dəfə toyum olsa, belə birini istəyərəm.
8. “Kəpənəyin röyası” (2013) filmində Rüştü Onurun arvadını canlandıran Zeynep Abdullanın tüldən tikilmiş gəlinliyi. Bu da üçüncü evliliyim üçün seçimim.
9. 1. “Sammerin 500 günü” filminin baş qəhrəmanı Sammerin tərzinə isə demək olar ki, vurulmuşdum. Bu kinodan seçdiklərim çoxluq təşkil edir. Əksəriyyəti də göy rəngdədir.
9.2.
9.3.
9.4.
9.5. Donlarla işimiz bitdi, indi isə keçək Sammer xanımın kombinasiyalarına. Narıncı yubka və ağ mayka.
9.6. Boz enli şalvar və ağ köynək.
9.7. Sviterlərlə yaradılmış görünüşlər.
9.8. Mənim sevimli naxışım olan şahmat naxışı.
9.9.
10. İtalyan komediyası “İnadın yola gətirilməsi”ndə (1980) Ornello Mutinin Valentinodan olan göy donu.
11. Keçid alaq güllü donlara. “Buludlarda gəzinti” (1995) filmində Viktoriyanın donu.
12. “Qiraətçi“də (2008) Hannanın gəzintiyə çıxarkən geyindiyi mavi güllü donu.
13. “Kömək(çi)” (2011) filmində qızın donu üstdən əyninə taxdığı mavi jaketlə çox gözəl görünür.
14. Sevimli aktrisam Sandra Ballakın dəb şousuna gəlib çatdıq. “Göl ətrafındakı ev” (2006) filmindəki bu görünüşü.
15. 1.“Evlilik təklifi“ndəki (2009) bənövşəyi sadə donu.
15.2. Tonqal ətrafındakı o məşhur rəqsi zamanı geyindikləri.
16.1. “Çox sadədir” (2012-) serialında xanım Vatsonun qolsuz donu.
16.2. Eyni serialda Coanın geyindiyi klyoş qara yubka, tünd qara rəngli corabla yaratdığı obraz.
17. “Piter Pen”in yaranma tarixindən bəhs edən “Möcüzələr diyarı” (2001) filmində Keyt Uinsletin ağ donu.
18. “Frenki və Coni“də (1991) Frenki ilə görüşə gedən Coninin firuzəyi güllü, ağ xallı atlas donu.
19. “Gəlinin rəfiqələri” (2011) filmində gəlinin rəfiqələrindən birinin geyindiyi Elie Saab tərzli muncuqla işləməli qara don.
20. “Gözəl dərrakə” (2001) filmində Con Neş gələcək arvadı ilə tanış olanda ikincinin əynindəki qolsuz qara, uzun şleyfli don.
21. “Cəsarətin çatırsa, sev məni” (2003) filminin son səhnəsində qəhrəmanımızın geyindiyi qırmızı uzun don.
22. “Kəffarə“də (2007) Kira Naytlinin şifon güllü köynəyi.
23. Fransız istehsalı “Kafe de-Flor“da (2001) Coni Deppin keçmiş arvadının görünüşü.
24. “Şirin noyabr” (2001) filmində taxılan qalın toxunuşlu, rəngli şarflar.
25.1. “Misilsiz” (2006) komediyasında Odri xanımın o gözəl qara donu. Anam görsəydi, deyərdi onu tikməyə nə var.
25.2. Eyni rəngin müxtəlif çalarları ilə edilmiş kombinasiyaya gözəl bir nümunə.
26. “Qəza“da (2004) qəzaya səbəb olan o ağ don.
27. “Sizə məktub var” (1998) komediyasının son səhnəsində Meq Rayanın sadə görünüşü.
28. Baş qadın obrazı rolunda Reyçel Makadamsın çəkildiyi “Əhd” (2012) filmindəki o şirin papağı.
29.1. “Çirkin həqiqət“də (2009) qəhrəmanımızın geyindiyi sadə donlar. Bu qarası.
29.2. Bu ağı.
29.3. Bu da gündəlik geyim tərzi üçün əla bir ideya.
İlhamə Quliyevanın kliplərinin sonunda yazıldığı kimi: “Ardı var…”