Karin Alvtegen “Xəyanət” (orijinal: “Svek”)

Sırf müəllifin Astrid Lindqren ilə qohumluq əlaqələrinə və damda yaşayan Karlsonla bağlı xatirələrimə görə aldığım əsər.

Sağda: Astrid Lindqren, solda: Karin Alvtegen

Şahidi oldum ki, Karin Alvtegen əcdadı kimi uşaq ruhlu deyil. Öyrəndim ki, xəyanət edən şəxsin özü xəyanətlə üzləşəndə “xəyanəti bağışlamıram” deyən manıs-insan kateqoriyasına düşür. Və səbəb nə olursa olsun, hadisələrin gedişatı hara aparırsa aparsın, fərqi yoxdur, həmişə  tarixdə adı qalan “dəlicəsinə sevən” olur. Sözün hərfi mənasında.
Bir daha əmin oldum ki, münasibətlərdə bir nəfərin içində yüksək səslə danışandan başqa, “alçaq” səslə danışan biri də yaşayırsa, bu SON deməkdir. Danışmırsansa, danışa bilmirsənsə, danışmaq istəmirsənsə və bunu “danışmaqla” gizlədirsənsə, deməli, axırınıza sayılı dəqiqələr qalıb. Hazır ol – bir gün hamamda sırğalarını tapdığın “başqa qadın”ı həyatının mənası edən kişidən qisas almalı olacaqsan. Həm də ehtiyatı əldən vermə – intiqam girdabına yuvarlananda sırğalarını itirənlərdən biri də sən ola bilərsən. Ancaq ən əsası zövqsüzlüyünü nümayiş etdirib hisslərinlə hərəkət etmə.

p.s. Xəyanətkar qadın obrazlarımdan biri də artdı: Həvvamı desəm, Yevamı desəm. Addakı kəramətə diqqət.