Hələ də “üzsüz kitablar” layihəmi bir gün reallaşdıracağıma inanıram. Kitablar üz qabığı olmadan, içərisində stikerlərlə birgə satılacaq, oxucu özü öz üz qabığını yaradacaq.
Hələlik Orxanın köməkliyi ilə bir neçə əsərə düzəltdiyim alternativ üz qapaqlarını diqqətinizə çatdırıram.
“Anna Karenina”nın Levinin hekayəsi olduğuna inananlar üçün:
Dayanmadan kalvados içən Raviki də unutmadım:
“Buna baxmayaraq, Emma vəziyyəti ilə barışdı; bütün gözəl paltarlarını sandığa yerləşdirdi, hətta mumla örtülü, sürüşkən parketdən altlığı saralan atlas ayaqqabılarını da. Ayaqqabıların başına gələn onun ürəyinin də başına gəlmişdi; cah-cəlalla təmasdan onda silinməz izlər qalmışdı”.

Bədii ədəbiyyata sevgimin səbəbi – Cenevyeva və Con cütlüyü.

“Ananın ürəyi, Leylanın izlərini qorumağa çalışan ucsuz-bucaqsız bir çimərlik kimidir. Təəssüf ki, qəm dalğaları o izləri yuyub aparır”.

Ümumdünya Heyvanları Müdafiə Təşkilatının gözündən iraq:

Camaşırxanada köynək ütüləyən Sakson ilə ukelele çalan Billinin xoşbəxt olmaq üçün mübarizəsi və onların “xoşbəxtlik rəsmi”: