Bu il də adətimizə xilaf çıxmadıq. Oxuduğumuz əsərləri minimum bir söz, maksimum bir cümlə ilə təsvir etmək adətimizə.
1. Çingiz Aytmatov “Edam kötüyü” – Təbiət təbiətə qarşı
2. Ejen İonesko “Stullar” – Xatirə
3. Ejen İonesko “Kərgədan” – Palaza bürün, elnən sürün
4. Orhan Pamuk “Məsumiyyət muzeyi” – Yeşilçam klassiği
5. Şebnem Burcuoğlu “Ərin qədər danış” – Fərqlilik
6. Şebnem Burcuoğlu “Ərin qədər danış 2 – Dirilmə” – Eynilik
7. Con Maksvell Kutzee “Rüsvayçılıq” – Yardım
8. Truman Kapote “Qəbul edilən dualar” – Əxlaqsızlıq
9. Emili Qrifin “Borca götürülmüş” – Dostluğun bitdiyi yerdə məhəbbət başlar
10. Sesilia Ahern “Göyqurşağının bitdiyi yer/ Sevgilərlə, Rozi” – Arzular zamana qarşı
11. Karin Alvtegen “Xəyanət” – İntiqam
12. Karin Alvtegen “İtki”– İtkin
13. Karin Alvtegen “Utanc” – Qorxu
14. Xəlil Cəbran “Peyğəmbər” – Məsləhətxana
15. Kristofer Hempton “Söhbət ilə müalicə” – Xəstəlik xəstəyə qarşı
16. Kristofer Hempton “Tam tutulma” – Şeir və şair
17. Yukio Mişima “Eşq yanğısı” – Sevilmək yoxsa əzab çəkmək ehtiyacı
18. Kolum Makken “Rəqqas” – Ehtiras
19. Sebastyan Japrizo “Küllücə üçün tələ” – Dostu öldürmək dostluğu öldürməkdir?
20. Piter Ceyms “Ölüm qədər asan” – Asan heç nə yoxdur
21. Piter Ceyms “Sənin kimi ölü” – Brend ayaqqabılara son
22. Pucca “O kişi bura gələcək” – Axtarış
23. Sabahattin Ali “İçimizdəki şeytan” – Durğunluq
24. Fyodor Dostoyevski “Alçaldılmışlar və təhqir olunmuşlar” – Alçaldanlar və təhqir edənlər
Siyahıdan da göründüyü kimi bu il daha çox “chick-lit” nümunələrinə və detektiv romanlara üstünlük vermişəm. İzlədiyim bir bloggerin də dediyi kimi, “I know. Crazy. But sometimes a girl needs to read something fun, sweet, and utterly British“. “Utterly British” ehtiyacını isə “Downton Abbey” serialı ilə ödəmişəm.
Gələn il daha zəngin siyahı ilə görüşmək ümidi ilə.
2015-ci ildə mütaliə etdiyim bu əsərlərdən topladığım və vaxt tapdıqca tərcümə etdiyim bütün sitatlarla və ya qeydlərlə saytımızdan tanış ola bilərsiniz: www.kkoworld.com
İllik mütaliə hesabatı – 2013
İllik mütaliə hesabatı – 2014