Müasir benqal ədəbiyyatının klassiki hesab edilən Şirşendu Muxopadyay (Shirshendu Mukhopadhyay) karyerasına məktəb müəllimi kimi başlasa da, hazırda bir neçə yerli nəşr ilə əməkdaşlıq edir.

“Ölmək bilməyən bibi” (The Aunt Who Wouldn’t Die) əsəri müxtəlif dövrlərdə bir ailəni təmsil edən üç qadından bəhs edir. Bu qadınlar vasitəsilə bütöv bir nəslin, böyük bir ailənin böyüməsini, dəyişməsini və zəmanəyə ayaq uydurmasını görürük. Hər yeni nəsil özü ilə dəyişiklik gətirir. Bu dəyişiklik isə çox vaxt ətrafdakılara anlaşılmaz gəlir.

Ən xoşuma gələn cəhətlərdən biri o oldu ki, müəllif cəmi bir cümlə ilə müxtəlif nəsilləri təmsil edən qadınların istəklərinin, arzularının və həyatlarının nə qədər fərqli olduğunu göstərir.

Dövr dəyişdikcə qadınların istəkləri, məqsədləri və baxışları da dəyişir. Ya da əksinə. Dəyişən qadınlar dövrü dəyişməyə məcbur edir. Onların ən kiçik qərarları belə yaşadıqları mühiti, sevdiklərini, dolayısıyla gələcəklərini dəyişə bilir.

Əsərin video formatda təhlili: