Söz verdiyim kimi, ədəbi sindromlar mövzusunu davam etdirirəm. Bu dəfəki mövzumuz ingilis ədəbiyyatının qürur mənbəyi Uilyam Şekspirin qələmindən çıxan qəhrəmanlar və onların şərəfinə adlandırılan sindromlar, psixoloji patologiyalar, komplekslərdir.

Otello sindromu

Otello Şekspirin eyniadlı faciəsinin baş qəhrəmanıdır.

Othello | Prestwick House | Prestwick House

Göstərdiyi şücaəti sayəsində general rütbəsinə yüksələn Otello xeyirxah və vicdanlıdır. Venesiya senatorunun qızı Dezdemonaya aşiq olur və məhəbbətinə qarşılıq tapır. Dezdemona Otelloya ərə getməklə həm ailəsinə, həm yaşadığı cəmiyyətə qarşı çıxır.

Othello and Desdemona - The Patriarchy in Othello
1995-ci ildə ekranlaşdırılmış “Otello” filmindən
Otello və Dezdemona

Otello təbiətcə qısqanc deyil, lakin o, məsləhətçisi Yaqonun tələsinə düşür. Otello kimi yüksək rütbəyə can atan, generalın paxıllığını çəkən Yaqo onu inandıra bilir ki, Dezdemona Otellonun yavəri Kassio ilə eşq münasibəti yaşayır. Sonda Otellonun əli ilə Dezdemonanı öldürtdürür.

Othello | Summary & Characters | Britannica
1995-ci ildə ekranlaşdırılmış “Otello filmindən Otello ilə Yaqo

Təsadüfi deyil ki, patoloji qısqanclığa məhz bu obrazın adı verilib. Şekspir əsərdə qısqanclıq hissini “yaşılgözlü div” kimi təsvir edir. Bu xəstəlikdən əziyyət çəkən insanlar partnyorlarını, həyat yoldaşlarını, sevdikləri insanları xəyanətdə günahlandırır və bu fikirlərini dəstəkləyəcək dəlil(lər) tapmağa çalışırlar.

Sərdarım, hər an

Çəkinin, qorunun bu qısqanclıqdan.

Bu yaşılgözlü div öz qurbanını

Tapdımı, rişxəndlə alır canını.

Mütəxəssislər qısqanclıq hissinin tamamilə irrosional, eyni zamanda təbii hiss olduğunu söyləyirlər. Qısqanclıq “mükafatlandırma və cəzalandırma” sisteminin əsas tərkib hissəsi hesab edilir. Bu, bizə dəyərli olan birini itirmək qorxusudur və bu qorxu təbiidir. Çox vaxt partnyoru itirmək bu münasibətlərə sərf etdiyin vaxt və enerjini itirməklə assosiasiya olunur.  Ancaq bu zaman təbii emosiyalarla, patologiyanı fərqləndirmək lazımdır.

Bu termindən ilk dəfə kim istifadə edib?

İlk dəfə patoloji qısqanclığa “Otello” adını verən ingilis psixiatrları Con Todd (John Todd) və Kennet Dyuhörst (Kenneth Dewhurst) olub. Onlar 1955-ci ildə “Əsəb və psixi pozğunluqlar jurnalı”nda (The Journal of Nervous and Mental Disorder) işıq üzü görən məqalələrində (“The Othello Syndrome: a study in the psychopathology of sexual jealousy”) seksual qısqanclıq barədə ətraflı məlumat veriblər.

Hazırda bu termindən istifadə edilmir. Çünki patoloji qısqanclıq ayrıca sindrom kimi nəzərdən keçirilmir. Bu hal müəyyən xəstəliklərin ayrıca strukturu kimi öyrənilir. Qadınlara nisbətən kişilərdə Otello sindromuna daha çox rast gəlinir (təxminən 60%-in 40%-ə nisbəti).

Simptomları

Bu cür insanlar

  • Tez-tez partnyorunu başqalarına baxmaqda, başqalarına daha çox diqqət ayırmaqda günahlandırırlar;
  • Telefon zənglərini, mesajları yoxlayırlar;
  • Sosial media hesablarının parollarını öyrənməyə çalışır və çox vaxt buna nail olurlar;
  • Həmişə sevgililərinin harada və kimlə olduğunu soruşurlar, bir növ onları sorğu-suala tuturlar;
  • Onları ailələrindən, dostlarından ayırmağa çalışırlar;
  • Partnyorlarının əlavə maraqlarının, hobbilərinin olmasını istəmirlər;
  • Onun sosial çevrəsini idarə edirlər;
  • Seksual həyat əvvəlki kimi aktiv olmayanda partnyorlarını günahlandırırlar;
  • Rəqiblərinə, hətta bəzən partnyorlarına qarşı şifahi, fiziki zorakılıq edirlər;
  • Başqalarına və ya özlərinə zərər vurmaqla təhdid edirlər;
  • Partnyorlarını qəfil yaxalamaq üçün gözlənilməz vaxtda evə və ya iş yerinə basqın edirlər.

Çoxumuza tanış mövzudur. İndiki dövrdə də kifayət qədər aktualdır. Demək olar, hər gün “qısqanclıq zəminində” öldürülən, qətlə yetirilən bir qadın xəbəri eşidirik.

“Otello”lar çox vaxt bu üç vəziyyətdən birini alırlar:

  1. Xəyanətə dair dəlil-sübut axtaran xəfiyyəyə;
  2. Etiraf əldə etməyə çalışan təcavüzkara;
  3. Partnyorunun mərhəmət hissi ilə ustacasına oynayan manipulyatora çevrilirlər.

Qısqanc olan kəslər əsas axtarmaz,

Səbəbsiz də yanır belə insanlar,

Qısqanc olduğundan qısqanır onlar.

Əjdahaya bənzər qısqanclıq, düzü,

Yaranır, doğulur ürəkdə özü.

Ofeliya sindromu

Ofeliya Şekspirin “Hamlet” faciəsinin personajıdır. Hamlet Danimarka kralının qardaşı oğlu, Ofeliya isə kral sarayının müşaviri Poloninin qızıdır.

Amazon.com: Hamlet (Shakespeare Series) (9780867090192): Boynton, Robert  W., Mack Jr, Maynard: Books

Ofeliya Hamleti sevir. Lakin Hamlet onun atasını öldürdükdən sonra qız yavaş-yavaş havalanmağa başlayır. Anlaşılmaz şeylər deyir, mənasız mahnılar oxuyur. Atasının ölümü, qardaşının əxlaqlı olmaqla bağlı zəhlətökən tələbləri və Hamletin ondan üz çevirməsi, ona xəyanət etməsi Ofeliyaya psixoloji təsir edir.

Bu qorxunc sevgidən uzaq ol, uzaq.

Aya göstərirsə gözəlliyini,

Qız üçün bu özü ədəbsizlikdir.

Saflığa həmişə ləkə tez düşür.

Hələ qönçədəykən yaz çiçəkləri,

Onları qurd yeyir hey için-için.

Bütün bunların nəticəsində Ofeliya vəfat edir. Lakin pyesin mətnindən aydın olmur ki, qız bədbəxt hadisə nəticəsində ölür, yoxsa canına qıyır. Və artıq neçə əsrdir ki, onun ölümü geniş müzakirə mövzusuna çevrilib.

ДЖОН ЭВЕРЕТТ МИЛЛЕ: Офелия Файн Арт Принт - Принт Аркада
İngilis rəssamı Con Everett Millenin ( John Everett Millais) “Ofeliya” tablosu

Bu termindən ilk dəfə kim istifadə edib?

Patologist doktor Yen Karr (Iann Carr) yeniyetmə qızında aşkar etdiyi nevroloji sindromu bu obrazın adı ilə adlandırıb. Karr əvvəlcə fikir verib ki, qızının danışığında dəqiqlik, səlistlik get-gedə yox olur. Sonra o, yaddaşını itirməyə, hallüsinasiyalar görməyə, depressiyaya düşməyə başlayıb. Məlum olub ki, buna Hodcin xəstəliyi səbəb olub. Hodcin xəstəliyi adətən uşaqlarda, yeniyetmələrdə limfotik sistemdə müşahidə edilən bədxassəli şişdir. Doktor Karrın qızına təyin etdiyi müalicə uğurlu olur. Qız sağalır, amma son bir neçə ayda yaşadıqlarını unudur.

Bu, postravmatik stressin nəticəsində meydana çıxır. Hərbi əməliyyatlar, zorakılıq, yaxın insanını itirmək insanlara böyük travma yaşadır, onlarda güclü qorxu və acizlik hissi doğurur. Bu zaman müşahidə edilən ağır fikirlər intiharla nəticələnə bilər.

Simptomları

Bu cür insanlar

  • Yaddaşlarını itirirlər ;
  • Onları qara basır;
  • Depressiyaya qapılırlar və tez-tez intihara əl atırlar.

Kral Lir sindromu

Deyilənlərə görə, Şekspir “Kral Lir” pyesinin süjetini köhnə əfsanələrdən birindən götürüb.

KING LEAR - Kindle edition by Shakespeare, William . Literature & Fiction  Kindle eBooks @ Amazon.com.

Xəbəri olmayanlar üçün qısaca belə deyə bilərəm ki, kral Lir səltənətini riyakarlıq edib ona olan sevgilərini göylərə qaldıran iki böyük qızı arasında bölür, səmimiyyəti ilə seçilən kiçik qızını mirasdan məhrum edir. Hakimiyyətini, gücünü itirən, qocaldıqca qayğı tələb edən kral tezliklə böyük qızları tərəfindən evindən qovulur. Onun köməyinə isə sürgün edilmiş kiçik qızı çatır.

Watch King Lear | Prime Video
2018-ci ildə “BBC” telekanalının ekranlaşdırdığı eyniadlı film

İnsan xilqətini dünyada heç kəs

Nankor qızlar kimi alçalda bilməz.

Yararsız, gərəksiz qoca atanı

Belə əzab ilə, əziyyət ilə

İndi evdən qovmaq bir adət olub.

Çox haqlı cəzadır, haqlı tənbehdir.

Elə qəddar, qansız, acgöz qızları

Törədənlər özü günahkardılar.

Kral Lir qocaldıqdan, gücünü, mal-dövlətini itirdikdən sonra sadəcə qızlarına lazım olmur. Çünki vaxtilə onlarda şəxsiyyətinə hörmət tərbiyə etməyib. Belə olanda valideynlərin yaşamağa marağı itir, onlar üçün hər şey əhəmiyyətsiz olmağa başlayır. Onların içində boşluq və böyük inciklik yaranır. Daim şikayət edirlər: uşaqlar niyə tez-tez zəng etmirlər, niyə daha baş çəkmirlər?

Bu əsər bir növ övladlarının xüsusi olduğuna və onların heç vaxt xəyanət etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır.

Bu termindən ilk dəfə kim istifadə edib?

Arpad Ponts (Arpad Pauncz) özünün “Yetkin libidosu konsepti və Lir kompleksi” (“The Concept of Adult Libido and the Lear Complex”) essesində bu məsələyə toxunub.

Simptomları

  • Bu zaman valideynlə övlad arasında mənəvi bağ olmur;
  • Valideynlər övladları naminə yaşayır, onların hər istəyini yerinə yetirməyə çalışırlar;
  • Onlar uşaqlarının qullarına çevrilir, öz ləyaqətlərini və individuallıqlarını itirirlər;
  • Uşağın hər şıltaqlığını həyata keçirməyə çalışan valideyn ondan ləyaqətə, əməyə dəyər verməyən eqoist və tiran təbiətli insan böyüdür;
  • Uşaq daha çox istəməyə, öz istəklərinin əsirinə çevrilməyə və valideynini əzməyə başlayır.

Biznes mühitində də “Kral Lir” fenomenindən istifadə edilir. Belə ki, idarəçiliyi ötürmək qərarına gələn rəhbər hələ şirkətdən ayrılmamış ona qarşı münasibət dəyişir. Hələ bir gün öncə onun ardıcılı hesab edilənlər müşahidəçiyə çevrilə bilər, xələfləri təsir dairəsi uğrunda mübarizəyə atıla bilər, incik düşənlər isə bədxahlıq edərək rəhbərin son günlərini qara əskiyə bükə bilərlər.

Ledi Maqbet effekti

Ledi Makbet Şekspirin “Maqbet” faciəsinin aparıcı obrazlarından biridir. Əsərdə şöhrətpərəstliyin cəsur döyüşçünü qatilə çevirməsindən bəhs edilir.

Macbeth In Plain and Simple English (A Modern Translation and the Original  Version) (Classics Retold: 4) - Kindle edition by Shakespeare, William,  BookCaps. Literature & Fiction Kindle eBooks @ Amazon.com.

Qatilə çevrilən həmin cəsur döyüşçü elə şotland zadəganı Maqbetdir. Adı ilə patoloji kompleksi şərəfləndirən ledi Maqbet isə onun arvadı. Maqbet qanlı əməli sayəsində hakimiyyəti ələ keçirir. Bu işdə ona arvadı kömək olur. Ledi Maqbet ərini çarı öldürməyə tələsdirir və beləliklə, Şotlandiyanın kraliçası olur . Lakin sonradan cinayət əməlində iştirak etdiyi üçün vicdan əzabı çəkir. Nəticədə lunatikə çevrilir.

Lady Macbeth: Character Analysis | SchoolWorkHelper
Amerikalı rəssam Con Singer Sargentin “Ledi Maqbet” tablosu

Ledi Maqbet effekti həmçinin Ponti Pilat sindromu da adlanır. Bu psixoloji fenomen insan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Bu sindromdan əziyyət çəkən insanlar elə bilirlər ki, üst-başları təmiz olduqda, “içləri” də təmiz olacaq. Onlar günahlarını sözün əsl mənasında “yumaq” istəyirlər.

Washing Your Hands Kills Germs, Not Sin - Universalist Unitarian Church of  Riverside
Rəssam Corc Hinkenin (George Hinke) “Pilat əllərini yuyur” tablosu

Effektin ledi Maqbetin şərəfinə adlandırılması da təsadüfi deyil. Belə ki, bu personaj ərinə cinayət törətməkdə kömək etdikdən sonra əlində qan ləkələri görməyə başlayır və “Rədd ol, mənfur ləkə, rədd ol deyirəm sənə” deyə qışqırır. Qan ləkəsini yumağa çalışır.

Yataq otağına gedək tezcə biz.

Bir azca su yuyar bu ləkələri.

Onda asan olar izi itirmək.

Bu termindən ilk dəfə kim istifadə edib?

Belə bir effektin mövcudluğunu ilk dəfə amerikalı psixoloqlar Çjun Çenbo (Zhong Chen-Bo) və Kati Lilyenkvist (Katie Liljenquist) təsdiq ediblər. Onlar 2006-cı ildə işıq üzü görən esselərində (“Washing Away Your Sins: Threatened Morality and Physical Cleansing”) bu psixoloji sindromu ətraflı təsvir ediblər. Onlar kiçik qrup üzərində sınaqlar keçiriblər. Hələlik Makbet effekt böyük qruplar üzərində təsdiqini tapmayıb.

Mətnin video formatı YouTube kanalımda: