Bizim də “блудный сын”ımız Sum olub. O vaxt anasının yox, özünün tapdığı Sara ilə evlənmək istəyib. Evdəkilər razı olmayıb ki, Saranın adı çobanla çıxıb. Sum da Fransa səfirliyinə müraciət edib, siyasi sığınacaq istəyib. Qohum-qardaş da tökülüşüb qışqırışıb ki, Sum “вернись”, barmağını hansı qıza qoysan alırıq. Fərqi yoxdur, əl yoxsa ayaq. Elə bu “момент” xəbər çıxıb ki, apardı sellər Saranı. Mirşahin həftəsonu verilişində bildirib ki, Sara qadınlığı ilə intihar edə bildi, Sum kişiliyi ilə rədd olub çıxıb gedə bilmədi.
p.s. Yasda Habil Əliyevin kamançada ifa etdiyi şərqi hamını ağlar qoyub.
p.p.s.s. Yas süfrəsində yalnız xurma ilə hermetik dolma olub.