Sevinclə əsasını 2011-ci ildə qoyduğumuz adətimizə davam edirik. Məqsəd oxuduğumuz əsərləri ağlımıza gələn ilk bir söz və ya bir söz birləşməsi ilə təsvir etməkdir.

Siyahıda həmin kitabları oxuyarkən çəkdiyim şəkillər də yer alıb.

1. Sergey Dovlatov “Yad qadın” – Qürbət

2. İrvinq Stoun “Yunan xəzinəsi” – Arzu


3. Treysi Letts “Avqust: Oseyc qraflığı” – Analar və Qızlar
4. Nermin Bezmen “Kurt Seyit və Şura” – Qar dənələri


5. Amin Maalouf “Səmərqənd” – Rübai
6. Nikolay Qoqol “Müfəttiş” – Rüşvət
7. Nikolay Qoqol “Evlilik” – Halal süd əmmək


8. Stendal “Qırmızı və qara” – Şöhrətpərəstlik


9. Qabriel Qarsia Markez “Vəba günlərində eşq” – Kanalizasiya qoxusu
10. Con Fante “Tozdan soruş” – Balaca it güldü


11. Aleksandr Soljenitsın “İvan Denisoviçin bir günü” – İradə
12. Xalid Hüsseyni “Və dağlardan səda gəldi” –Vicdan əzabı
13. Frans Kafka “Məhkəmə” – Kürdəxanı
14. Culian Barns “Baxış üçbucağı” – Seçim
15. Culian Barns “Məhəbbət və s.” – Qisas
16. Riçard Yeyts “Pasxa paradı” – Tənhalıq

17. Luis Sinkler “Eurosmit” – Vəzifə borcu


p.s. İlin mütaliə şəkli