“Xəyali sap” (“Phantom Thread”, 2017) filmi yaddaşıma aşağıdakı ardıcıllıqla həkk olundu:

1. Kişi işini sevir;
Qadın yoxdur;

2. Kişi işini və qadını sevir;
Qadın işini deyil, kişini sevir;

3. Kişi işini sevə bilmir və qadına nifrət edir;
Qadın kişini və zəhərli göbələyi sevir;

4. Kişi vanna otağını və qadını sevir;
Qadın kişini və kişinin işini sevir;

5. Kişi qadını sevir;
Qadın rəqsi sevir;

6. Kişi qadının yeməklərini sevir;
Qadın yemək bişirməyi sevir;

Üstəlik, nəzərə almaq lazımdır ki, altı bənddən beşinddə fonda baldız iştirak edir.

Məşhur baldız

Belə olduğu halda, filmin namizədliyi irəli sürülən nominasiyalar üzrə yalnız “Ən yaxşı kostyum” nominasiyası üzrə Oskar mükafatı alması təəccüblü görünmür.

Ən çox bəyəndiyim iki səhnə oldu:

Hələ bu vaxta qədər gəlinlik fonunda (daha doğrusu, frontalında)
evlilik təklifi görməmişdim